

www.nice.az » Ordan-Burdan » Avropanın çox millətli ölkəsi - Macarıstan
Avropanın çox millətli ölkəsi - Macarıstan
Bu xəbəri dostlarınla paylaş:

Avropanın çox millətli ölkəsi - Macarıstan
Macarıstan Avropanın çoxmillətli ölkəsi
Macarıstanın geostrateji baxımdan çox əlverişli mövqeyi ilə seçilən Orta Avropada yerləşməsi tarix boyu bu ölkənin yadelli işğallara məruz qalmasına səbəb olmuşdur. Macarıstan e.ə. üçüncü əsrdə Keltlərin, daha sonra Dakların istilasına məruz qalmış, e.ə. birinci əsrin sonlarında isə Macarıstan Roma imperiyası tərəfindən işğal edilmişdir. Atillanın başçılığı ilə hun tayfalarının Macarıstanı fəth etməsinə qədər təxminən beş əsr boyunca Macarıstanda Roma hakimiyyəti davam etmişdir.
Macarıstanın geostrateji baxımdan çox əlverişli mövqeyi ilə seçilən Orta Avropada yerləşməsi tarix boyu bu ölkənin yadelli işğallara məruz qalmasına səbəb olmuşdur. Macarıstan e.ə. üçüncü əsrdə Keltlərin, daha sonra Dakların istilasına məruz qalmış, e.ə. birinci əsrin sonlarında isə Macarıstan Roma imperiyası tərəfindən işğal edilmişdir. Atillanın başçılığı ilə hun tayfalarının Macarıstanı fəth etməsinə qədər təxminən beş əsr boyunca Macarıstanda Roma hakimiyyəti davam etmişdir.
Altıncı əsrdə isə Macarıstan digər bir türk tayfası olan Avarların hakimiyyəti altına düşmüşdür. avarlar 250 il Orta Avropaya hakim olmuşlar.
Xəzər türklərinin bir qolu olan arpatlar avarlardan sonra bu ölkədə hakimiyyət qurmuşlar. Macar millətinin təşəkkülündə bu türk tayfası mühüm rol oynamışdır. Orta Asiya türk tayfalarının adət və ənənələrini davam etdirən arpatlar xristianlığı qəbul etdikdən sonra hunlar və avarlar kimi tədricən türklüklərini itirmişlə.
Macarların türk soyundan gəldiyini təkcə macar tarixi yox, macar dilində varlığını bu gün belə qoruyub saxlayan yüzlərlə türk mənşəli söz də sübut edir: alma - alma, saqqal - saqqqal, pambıq - pamut, balta - balta, toyuq - tyuq, arpa - arpa, ana - anya, ata - atya, tarla - tarlo və s.
Macarıstan Avropanın çoxmillətli ölkələrindən biridir. Bu ölkədə yaşayan 13 rəsmi azlıqdan biri də çinlilərdir. Ölkədə 200 mindən çox çinli yaşayır. Macarıstana sosialist hakimiyyətinin zamanında gələn çinlilər bu ölkəni seviblər və bir daha geri qayıtmayıblar. Çinlilər daha çox Çindən gömrük rüsumu ödəmədən gətirdikləri malları sataraq pul qazanırlar. Macarıstanın Avropa Birliyinə üzv seçilməsi və “Şengen†zonasına daxil olması ilə bu ölkədən deportasiya olunması ehtimalı çinliləri ən çox qorxudan amildir. Özlərinə aid bazarı da olan çinlilər Çindən gətirdikləri ucuz və keyfiyyətsiz malları gəlir səviyyəsi aşağı olan macarlara satmaqla dolanırlar.
Macarıstan 2004-cü ildən Avropa Birliyinə üzv qəbul olunsa da, ölkədə İkinci Dünya müharibəsindən sonra qurulan kommunist rejimin izlərini hələ də görmək mümkündür. Ölkədə sovet rejimi qurulduqdan sonra 3 milyon hektardan çox ərazi əhalidən zorla alınmış və sürətli kollektivləşdirmə siyasəti aparılmışdır. Kilsə də sovet rejimindən öz nəsibini almış və kilsənin sahib olduğu bütün mülklər əlindən alınaraq, bu ibadətgah əleyhinə kampaniya başladılmışdır. 1956-cı ildə sovet ideologiyasına qarşı geniş xalq hərəkatı başlamış və macar xalqı “Eskunzuk, eskunzuk hogy tovabb nem leszunk!†(And içirik ki, artıq qul olmayacağıq!) şüarları ilə Budapeştin küçələrinə axışmışdır. Lakin Azərbaycan xalqı ilə ortaq tarixi bölüşən macar xalqının bu antisovet hərəkatı 1956-cı ilin noyabrında Budapeşt küçələrinə daxil olan sovet tanklarının vasitəsi ilə qan içində boğulmuşdur.
Yəhudilər Macarıstanda böyük nüfuza sahibdirlər. Hətta dünyanın ən böyük ikinci sinaqoqu Budapeştin mərkəzi küçələrindən birində inşa edilib. XX əsrin ortalarında ABŞ, SSRİ və Avropanın böyük dəstəyi ilə xalqları müsəlmanlardan ibarət olan Orta Şərqdə bir yəhudi dövləti qurulmasaydı, yəhudilər Macarıstan ərazisində öz dövlətlərini qurmağı planlaşdırırdılar. Ona görə də Macarıstanın yəhudilər üçün önəmi böyükdür. Demokratik bir ölkə sayılan Macarıstanda 2010-cu ildə qəbul olunmuş qanuna görə bu ölkədə yəhudi soyqırımını qəbul etməyəni 3 ilə qədər həbs cəzası gözləyir.
Macarlar çox kitab oxuyan xalqdır. Ona görə də ölkənin intelektual səviyyəsi digər ölkələrə nisbətən olduqca yüksəkdir. Macarıstanda yol kənarlarında və parklarda kitab oxuyan onlarla insanla qarşılaşmaq mümkündür.
Bu ölkəyə gələn turistlərdə maraq oyadan tarixi sənət əsərlərindən biri də şəhərin ən görkəmli yerlərində ucaldılan Budin qalasıdır. Qalanın içindəki Balıqçılar meydanı turistlərin diqqətini cəlb edən digər bir sənət əsəridir. Meydanın ortasında ucaldılan Matyaş kilsəsi bir çox kralın tacgeymə mərasiminə dəfələrlə ev sahibliyi edən bir abidədir. Matyaş kilsəsi Osmanlı zamanında məscid olaraq fəaliyyət göstərib. Hətta Osmanlı sultanı Qanuni Sultan Süleyman bu torpaqlarda ilk cümə namazını Matyaş kilsəsində qılıb.
Şəhərin Buda tərəfində gözəl mənzərəsi olan Qellert təpəsi turistlərin ən çox ziyarət etdikləri yerlərdən biridir. Təpə venesiyalı xristian missioner olan Qellertin adını daşıyır. Rəvayətə görə, macarlara xristianlığı öyrətməyə gələn Qellerti iynələrlə dolu olan çəlləyin içinə qoyub, təpədən Dunay çayına doğru atıblar. Ona görə də macarlar vəfa borcu olaraq, Qellertin heykəlini təpənin ortasında ucaldıblar.
Macarların ən məşhur yeməkləri leço və porkoltdur. Ətli yeməklərə üstünlük verən macarlar yağlı, soğanlı və istiotlu yeməkləri xoşlayırlar. Macar bazarları da turistlər üçün cəlbedici yerdir. Burada satıcıların çox mədəni, insanların isə çox nəzakətli olduğunu görəndə macar mədəniyyətinin böyüklüyü daha yaxşı başa düşülür.
Macarıstanda Osmanlı dövrünün bir çox tarixi abidələri ya dağıdılmış, ya da əvvəlki görkəmi məqsədli şəkildə dəyişdirilmişdir. Osmanlı zamanında tikilən bir çox məscidlər isə kilsəyə çevrilmişdir. Qazi Qasım Paşa və Əli Paşa məscidləri də kilsəyə çevrilmiş, minarələri dağıdılmış, üstündəki ayparanı çıxarmadan üzərinə xaç yerləşdirilmişdir. Sanki bununla əcdadlarının Avropa qarşısında yenilərək geri çəkilməsinə və bu torpaqları qoyub getməsinə ağlayır, bu məğlubiyyətin təkcə maddi yox, həm də mənəvi tərəflərini də gözlər önünə sərirlər.
Macar tarixinə mühüm iz qoymuş, quruların və dənizlərin hökmdarı adlandırılan Möhtəşəm Süleyman ömrünün son illərində də fəthlərdən geri qalmamış, hər zaman ordusunun önündə olmuşdur. 1543-cü ildə Estergon, Nis və İstolni-Belqradı, 1551-ci ildə Trablusqarbı tutmuş, 1566-cı ildə ömrünün son anlarında isə özünü atın bəlinə bağladaraq, qoca və xəstə bir halda ikən macar torpaqlarındakı məşhur Ziqetvar qalasının fəthini gərçəkləşdirmək üçün səfərə çıxmışdır. Qalanın mühasirəsi əsnasında bu böyük türk sultanı top səslərinin gürultusu altında 72 yaşında ikən vəfat etmişdir. Ziqetvar qalası tutulduqdan sonra sultanın cəsədi zərər görməsin deyə onun daxili orqanları çıxarılıb və Ziqetvar qalası yaxınlığında dəfn edilib. İndi isə həmin yerdə sultanın büstü ucaldılıb.
2010-cu ilin 14 sentyabrında Azərbaycan, Gürcüstan, Ruminiya və Macaristanın iştirakı ilə AGRİ (Azerbaijan-Georgia-Romania Interconnector) layihəsi üzrə Bakı Bəyannaməsinin imzalanması Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Macarıstan Azərbaycan qazını Avropaya çatdıracaq AGRİ layihəsinə qoşulmaqla artan enerji ehtiyacını da qarşılaya biləcək.
Azərbaycan Respublikası ilə Macarıstan arasında təkcə enerji sahəsində yox, bir çox digər sahələrdə də əməkdaşlığı gücləndirəcək və qarşılıqlı etimadı artıracaq müqavilələr imzalanmışdır. Hər iki ölkənin hökumətləri arasında iqtisadi-ticarət əlaqələrinin inkişafını nəzərdə tutan saziş, gömrük və maliyyə sahəsində əməkdaşlığa dair müqavilələr imzalanmışdır. Bütün bu amillər ikitərəfli münasibətlərin gələcək inkişafına töhfə verəcək, Azərbaycanın Avropaya inteqrasiyasına kömək edəcəkdir.
SON
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: ayorxannur |
Baxış sayı : 476 |
Rəylərin sayı (8) |
10 mart 2011




|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!