TƏQVİM

«    May 2025    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

ONLİNE

Hal-hazırda saytda 130 nəfər

.İstifadəçilər: 0
Tapılmadı.

.Robotlar: 0
Tapılmadı.

.Qonaqlar: 130

.Saytda olan son 20 istifadəçi
2Karona adopingBum
amerika Ashleynig
Ateist azefefo
Danielseego Darknight
Deerlip eagewsjes
edurnenok efygas
Falaexalp HymanPer
ijuxobajo JosueJeOli
LeGaCy M1rZ3
MelvinTog vasif_275

Admin | Baş Redaktor | Redaktor
VIP user | Briliant user | Gold user
Silver user | Active user

TOP XƏBƏRLƏR

TƏSADÜFİ XƏBƏR

Tokio Hotel - 24 foto

Tokio Hotel 24 foto xəbərin ardında.....Ətraflı oxu

QAN YADDAŞIMIZ

 Xocalı - 26.02.1992
 Şuşa - 08.05.1992
 Laçın - 17.05.1992
 Xocavənd - 02.10.1992
 Kəlbəcər - 02.04.1993
 Ağdərə - 07.07.1993
 Ağdam - 23.07.1993
 Cəbrayıl - 23.08.1993
 Füzuli - 23.08.1993
 Qubadlı - 31.08.1993
 Zəngilan - 29.10.1993

REKLAM

sms.nice.az

FACEBOOK PAGE

DOST SAYTLARI

www.nice.az » Ordan-Burdan » Qaraqanla müsahibə

Qaraqanla müsahibə

 (səs sayı: 0)

Bu xəbəri dostlarınla paylaş:
Qaraqanla müsahibə

Birinci Milli Kitab Mükafatının qalibi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc yazar Elxan Qaraqanın Lent.az-a müsahibəsi

- Necəsən, Elxan?
- Yaxşı. Əladır hər şey.

- MaşALLAH, deyəsən I Milli Kitab Mükafatının qalibi olduğuna görə ünvanına deyilən tənqidlər əhval-ruhiyyənə təsir etməyib.
- Yox, mənim əhvalıma heç vaxt heç nə təsir etmir. O tənqidlər olanda mən Avropadaydım, heç nə eşitmədim.

- Axı sən o zaman əsgərlikdə idin.
- Əsgərlikdən qayıdandan sonra Bakıda 10-15 gün qaldım, sonra getdim istirahətə. Beynimi formatlamaq üçün.

- Necə hesab edirsən, qalib elan olunandan sonra niyə sənin üstünə çox düşdülər?
- VALLAH, heç mən onu çox hesab etmirəm. Olmalı qədər oldu. Kim nə qədər çox sevilirsə, bir o qədər də sevilmir. İnsanlar fərqlidir. Tənqid edənlərə də minnətdarlığımı bildirirəm ki, ümumiyyətlə, mənim haqqımda danışırlar.

- Bir tərəfdən də reklam oldu sənə.
- Reklam olmadı. Sadəcə, hər hansı bir münasibətdir. Dünyada ən pis şey insana münasibətin olmamasıdır. Pis və ya yaxşı münasibət varsa, deməli, sən varsan.

- Ünvanına deyilən tənqidləri nə ilə əlaqələndirirsən?
- VALLAH, heç mən o insanları tanımıram. Ancaq eşitmişəm. Ümumiyyətlə, mənə deyəndə ki, səni kimsə tənqid edib, çalışıram o məqaləni, yazını heç oxumayım. Çünki neqativ enerjidən qaçıram.

- Amma hər halda, oxumamış olmazsan.
- Yox, demək olar ki, iki-üçünü oxumuşam. Qalanlarını da oxuyanlardan soruşmuşam. Deyiblər ki, məsələn, “qaşından xoşu gəlmir”. Demişəm, “hə, yaxşı, mən getdim çimməyə”. Yəni, buna o qədər də vaxt ayırmıram. Çünki həyatda bir dəfə yaşayıram, vaxtımı tənqidlərə ayırsam, həyatım tənqidlərlə dolu olacaq.

- Amma söhbət sənin qaşından, gözündən yox, əsərindən gedir.
- O da mənim bir hissəm kimidir. Tənqidlər mənim üçün o qədər də vacib deyil. Elçi gedəcəyim qızın atası tənqid etmir ki, mənim üçün vacib olsun. Yad bir adam edir.

- “A” romanını plagiat olmaqda suçlayırdılar. Bu sırada “Döyüş klubu” filminin adını da çəkdilər hətta. Filmə baxmısan yəqin...
- O filmə də baxmışam, digər bir neçəsinə də. Və çox əsər də oxumuşam. Axtarsaq, “A” romanını çox şeyə oxşatmaq olar. Çünki hamısı eyni mövzudan bəhs edir. Onda deyək ki, “İncil” də “Tövrat”dan plagiatdır... Əgər hamısında eyni problem səsləndirilirsə, kitablar oxşar ola bilər. Onda deyək ki, Çingiz Abdullayev Artur Konan Doyldan plagiatdır?! Sadəcə, eyni janrdır... Mənim yazdığım əsər kontrkultura janrındadır, alternativ ədəbiyyatdır. O janrda olan bütün əsərlər onsuz da bir-birinə oxşayır.

- II Milli Kitab Mükafatına da əsər təqdim etmək fikrin var?
- Hələ ki təqdim etməmişəm. Çünki üçüncü romanımı yazmışam. Rus dilində. Onun çapına, təqdimatına başım qarışıb. Bəlkə təqdim etdim, bəlkə yox. O barədə çox düşünməmişəm. Fikirlərim hələ dağınıqdır.

- Niyə? Yenidən eyni münasibətlə qarşılaşacağına ehtiyat edirsən, yoxsa əsərini o qədər də güclü saymırsan?
- “Bir milyon dollarım olsaydı” 2010-cu ildə Bakıda ən çox satılan ikinci, “A” romanım isə birinci kitabdır. Yəni, əsər artıq özünü sübut edib. Lap nifrət etsələr də, oxunursa, deməli, bu, yaxşı əsərdir. Yəni, mənə yaxşıdır. Bəlkə oxuyanlar üçün yaxşı deyil. Satılır, mənim üçün yaxşıdır. Mən öz fikrimi satıram, insanlar alır, eləcə də ordan mənəvi qidalanır. Əsərlərimi qida məhsulu kimi satıram.

- Bəs satışdan gəlir, normal qonorar əldə edə bilirsən?
- Çox yaxşı. O dərəcədə qonorar gəlir ki, işləməsəm də, özümü saxlaya bilərəm. Buna görə də oxuculara minnətdarlığımı bildirirəm.

- Bir müddət əvvəl yeni əsərinlə bağlı iddialar irəli sürdün...
- Bir az qərəzli əsərdir. Qərəz əsərin leksikasında görünə bilər. Əsərin qəhrəmanı tam mənfi bir obrazdır. O cəhətdən bizim millətin mentalitetinə, psixologiyasına uyğun gəlməyə bilər. deyə bilərlər, “bu, kim idi ki, qəhrəman elədiniz?” Psixoloji problemləri olan obrazdır. Ümumiyyətlə, o biri iki əsərimdə də psixoloji problemləri olan insanları qəhrəman seçmişəm nədənsə. Yəqin özümdə də psixoloji problemlər var (gülür).

- H.O.S.T. qrupunu da mənfi enerji yaymaqda suçlayırdılar. Mənfi nəsnələr hardan qaynaqlanır belə?

- Söhbət ondan getmir ki, bizim niyyətimiz pisdir və ya qara qüvvələrə xidmət edirik. Sadəcə, insanın mənəvi qidası varsa və onu masaya bənzətsək, onun üzərində şirniyyatlarla yanaşı, duz, istiot da olmalıdır. Azərbaycanın mənəvi qidasında hər şey şirin idi, istiot, duz yox idi. Amma duzlu, istiotlu qidanı sevənlər var... İnsan var ki, mənfi emosiyalı mahnıya qulaq asmağa, əsər oxumağa ehtiyacı var və o, öz mənfi enerjisini ora boşaldır. Ona qalsa, Azərbaycanda boks, karate federasiyaları var, camaat bir-birini döyür də. İnsan xislətində olan hər şeyi işıqlandırmaq lazımdır.

- Qrupun hazırkı fəaliyyəti nə yerdədir?
- Hazırda iki yeni albom üzərində çalışırıq. Son üç ayda iki konsert vermişik, dörd klip çəkdirmişik. Bu yaxınlarda isə Azərbaycan turnesini keçirəcəyik. Rayonlarda konsertlər verəcəyik... H.O.S.T. təzə çıxanda hamı qaş-qabağını sallayırdı. Amma indi görürlər, yox, normal insanlarıq. Mahnı oxuyuruq da, adam öldürmürük ki...

- Amma mahnı var ki, hətta intihara gətirib çıxarır.
- O düzdü. Amma ona qalsa, onda gərək türk seriallarının heç birini göstərməsinlər, axırı qızların intiharına gətirib çıxarır. Ya da dükanlarda mətbəx bıçağı satılmasın. İnanmıram ki, H.O.S.T, intihara çağırsın. Əksinə, mahnılar ümid verir.

- Qrupun oxuduğu mahnıların hamısı da öz monopoliyanızdadır.
- Monopoliyamıza almamışıq. Sadəcə, bu iş elə olur da. Öz sənətindirsə, onu sevirsənsə, sənin olmalıdır. Elə bil ki, sənətin istədiyin qızdır. Demirsən ki, bu dəfə də başqa oğlan onu öpsün. İstəyirsən sənətdən özün zövq alasan. Biz bunu bazar üçün yox, zövq almaq üçün edirik.

- Deyirlər, sənin qadağan olunmuş bir əsərin var – “Şeytanın kitabı”...
- Hə, yazmışam. Amma onu çıxarmadıq. Bəzi yazıçılarla, jurnalistlərlə, elm adamları ilə məsləhətləşəndən sonra qərara gəldik ki, kitabı ümumiyyətlə nəşr etməyək. Çünki çox pis psixoloji təsiri ola bilər. Əsər şeytandan bəhs etmir, sadəcə adı elədir. Düzdür, Fransada, Almaniyada bu əsəri asanlıqla çıxarmaq olar. Fransız seriala baxırsa, ona daha çox onun məğzi lazımdır. Bizimki seriala baxır Behlülün gözlərinə vurulur, kimsə ona elçi gələndə də deyir “yox, mən Behlülü gözləyirəm”. Məsələn, “A” kitabından sonra dəfələrlə soruşurdular ki, “Aysel səni doğrudan atdı?” Hansısa qəhrəmanı əsərdə öldürəndə deyirlər, nə pis adamsan, niyə onu öldürdün. Bizim camaatda təsirlənmə çox güclüdür. Ona görə o əsər xüsusən 16-18 yaşlı gənclərə pis təsir edə bilərdi. Yəqin hər bir yazıçının həyatında elə bir əsəri var ki, o öləndən sonra üzə çıxsın. Mən də bu əsəri ehsan kimi saxlayıram.

- Əsərlərində daha çox yalan danışırsan, yoxsa həyatda?
- Hər yerdə. Yalan ALLAHın insana verdiyi bir lütfdür də. Çox vəziyyətlərdə insanı xilas edir. Yalana o qədər də pis baxmıram. Yaradıcılığın bir xüsusiyyətdir.

- Sevdiyin qız sənə yalan danışsa, ona da pis baxmayacaqsan?
- Biz yəqin bir-birimizə yalan danışmaqdan zövq alacağıq... Yox, demirəm ki, elə bütün günü yalan danışacağıq. Amma məsələn, hamilə vaxtı ona deyərəm ki, nə gözəl görünürsən. Söhbət bu cür – balaca və xoş yalanlardan gedir. Onlardan istifadə etmək olar. Amma əsərlərimdə yalan yox, daha çox uydurmalar olur ki, oxucunu mövzuya cəlb eləsin.

- Qarşıda oxucularını hansı əsərlə sevindirmək niyyətindəsən?
- Növbəti əsərimi artıq bitirmişəm. Hazırda onun çapını düşünürəm. Bu əsər bir etiraf formasındadır. Qəhrəmanın çox qəribə fikriləri və həyat tərzi var. Tam fərqli bir formada pul qazanır, insanlarla tam fərqli əlaqələri var. Və camaatın təəssüratı maraqlıdır ki, görüm öldürəcəklər, kəsəcəklər, tənqid edəcəklər məni. Elə bir şey olsa... Fərqi yoxdur, nə deyirlər desinlər, yenə yazacam. Bunu özüm üçün yazıram, başqası üçün yazmıram ki.

- Özün üçün yazırsansa, onda niyə çap edirsən? Ola bilməz ki, başqalarının fikri sənə maraqlı olmasın.
- Sözün düzü, başqalarının fikri maraqlı olsaydı, “Ulduz falı” kitabı buraxardım, on qat da artıq, heç kim də pisləməzdi. Ya da “Qızlar, evlənməzdən öncə hər birinizə bilmək vacibdir” adda kitab çap edərdim. VALLAH, mənim kitablarımdan qat-qat artıq satılardı. Sözsüz ki, daha çox özümü, öz zövqümü fikirləşirəm.

- Deyəsən, hər şeyə laqeyd yanaşırsan...
- Laqeyd yox, sadəcə ciddi deyiləm. Bir də bu, rahatlıqdır. İnsan rahat olmalıdır. Mən əsərlərimdə içimdəki bütün neqativləri boşaldıb təmizlənirəm. Yəni, neqativi, onu sevən insanlara verirəm. Mənə elə gəlir, onlar da əsəri oxuyanda müəyyən qədər öz neqativlərini boşaldırlar. İnsanlara pis şeyi də göstərmək lazımdır. Məsələn, kifir qız hansısa varlı, gözəl müğənnin rahat həyatı haqda fikirlərini eşidəndə intihar həddinə çata bilər. Amma ona, özündən daha pis bir obraz göstəririk ki, heç olmasa özünə şükür etsin. Bu mənada əsərlərimi faydalı hesab etmək olar...


Fikirləriniz...
Təşəkkür etməyi unutma...




Qaraqanla müsahibə


Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi sayta daxil olmusunuz.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
| Müəllif: hebibi_p | Baxış sayı : 636 | Rəylərin sayı (2) | 7 yanvar 2011

Mövzuya oxşar xəbərlər:

Sevgi hekayesi
Sevgi hekayesi
Xəbərin ardında çox maraqlı bir hekayə
Son məktub
Son məktub
Son məktub
QaRaQaN - SUAL CAVAB
QaRaQaN - SUAL CAVAB
Qaraqan: “Mənim maşınım var. Amma sürüb özümü göstərmirəm. Bu dördtəkərli, bir nöqtədən başqa birisinə getmək üçün istifadə etdiyim dəmir parçasıdır” ...
Sevgi nədir?
Sevgi nədir?
Çox vaxt gənclər sevgini digər hisslərlə qarışdırırlar....

Səhifəni çap et
Menekşe (Offline)
Əlavə edilən tarix 19 fevral 2013 18:06 | 2

Şərh sayı: 2376
Xəbər sayı: 256
Xalı: 2366
Qeydiyyat: 11.06.2012
  
thankyou




Status: qeyd edilməyib
imza
ICQ: --
Reputasiya: 6
vusaal (Offline)
Əlavə edilən tarix 13 avqust 2011 12:22 | 1

Şərh sayı: 837
Xəbər sayı: 164
Xalı: 1718
Qeydiyyat: 6.08.2011
 
cox maraqlidi ama cox uzundu




Status: qeyd edilməyib
imza
Calismaq heyat,dusunmek isiqdir
ICQ: --
Reputasiya: 1
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

İSTİFADƏÇİ PANELİ


Xoş Gəldiniz

Ləqəb
Şifrə

Qeydiyyatdan keç!
Şifrəni unutmusan?

AYLIQ MÜƏLLİFLƏR

AYLIQ ŞƏRHÇİLƏR

TOP ŞƏRHLƏR

SEV_GI

Şərh sayı: 6171
hebibi_p

Şərh sayı: 5686
_ROCK_STAR_

Şərh sayı: 3871
angel_org

Şərh sayı: 3456
fasqa

Şərh sayı: 3102
EMERALD

Şərh sayı: 2903
xansuagdash

Şərh sayı: 2848
Sparrow

Şərh sayı: 2818
Ice

Şərh sayı: 2397
Menekşe

Şərh sayı: 2376

ZƏNGİn İSTİFADƏÇİLƏR

HiTMaN

xal: 2821
Menekşe

xal: 2366
SiMPLe_GiRL

xal: 2234
Naxcione

xal: 2002
vusaal

xal: 1718
hebibi_p

xal: 1232
M1rZ3

xal: 1095
karakasa

xal: 1073
xeyal98

xal: 1057
NiXaTo

xal: 1003

SORĞU

Sizin fikrinizcə uğurun açarı aşağıdakılardan hansıdır?

İradə və inam
Təhsil və inkişaf
Cəsarət
Ağıl
Maraq
Ümid
Davranış
Sevgi
Digər...


Son Səsverən: Qonaq
Bütün Sorğular