www.nice.az > Məntiqi Suallar > NiCe.aZ Userləri, gəlin biliyimizi yoxlayaq

NiCe.aZ Userləri, gəlin biliyimizi yoxlayaq


11 yanvar 2011. Müəllif: hebibi_p
NiCe.aZ Userləri, gəlin biliyimizi yoxlayaq


1. Böyük Hun İmperiyasının dağılmasından sonra qərbdə tayfaları birləşdirib zəif mərkəzi makimiyyəti gücləndirən Hun hökmdarı kimdir?
a) Atilla
b) Eftalxan
c) Rua
d) Ent

2. İngiltərə kralı Riçard şir ürəyin xaç yürüşü zamanı Yerusəlim şəhərini tutmaq istədiyi zaman hansı müsəlman hökmdar ona qalib gəlir?
a) Xəlifə Harun Ər Rəşid
b) Sultan Toğrul
c) Atabəy Eldəniz
d) Sultan Səlahəddin Əyyubi

3. C.Amerika materikində Braziliyanın həmsərhədd olmadığı iki dövlət var:bunlardan biri Çilidir,bəs ikinci dövlət hansıdır?
a) Argentina
b) Ekvador
c) Paraqvay
d) Kanada

4. Antraktidaya ən yaxın olan materik hansıdır?
a) Avrasiya
b) Afrika
c) C.Amerika
d) Avstraliya

5. Əbhər sazişinə görə Ağqoyunlu dövləti iki qola bölünür: birinci qolu Əlvənd Mirzə idarə etdiyi halda ikinci qol kimin hakimiyyəti altına düşür?
a) Murad Mirzə
b) Uzun Həsən
c) Yaqub Mirzə
d) Şeyx Cüneyt

6. Ahəng qanunu nəyə görə morfonoloji hadisə hesab olunur?
a) Qalın və incə saitlərin bir-birini izlədiyinə görə
b) Yalnız Azərbaycan dilinə aid olduğuna görə
c) Kök və şəkilçi arasında daha mürəkkəb olduğuna görə
d) Ahəng qanunu morfonoloji hadisə deyil.

7. "Qızıl qaya" xəyanətini kim təşkil edib?
a) 1-ci Pyotr
b) 2-ci İrakli
c) Əbih Sultan
d) Hacı Çələbi

8. Böyük Britaniya adasını Avropa qitəsindən ayıran boğaz;
a) Magellan
b) Dreyk
c) La Manş
d) Berinq

9. Burkina Faso dövlətinin paytaxti hansi şəhərdir?
a) Lodnababo
b) Svazilent
c) Uaqaduqu
d) Antananarivu

10. Onun 1225-ci il yürüşü nəticəsində Azərbaycan Atabəylər dövləti süqut etmişdir,Çingiz Xan qərbə yürüş edərkən onun qoşunları ilə toqquşmuş və döyüş zamanı onun qəhrəmanlığına həsəd aparmışdır.Şərqin şahzadəsi adlanan bu dahi türk sərkərdəsi kimdir?
a) Xərəzm Şah Cəlaləddin
b) Osman bəy
c)Səlcuq bəy
d) Əmir Teymur