www.nice.az > Məntiqi Suallar > Səndən müstəntiq olar? (2)

Səndən müstəntiq olar? (2)


13 iyun 2009. Müəllif: XP
Səndən müstəntiq olar? (2)

2 gənc bir-birilərini həqiqətən də çox sevirlər. Lakin, bir neçə ay sonra qadın qeyri-adi şəkildə ortadan yox olur. Polislər onu hər yerdə axtarırlar lakin qadını tapmaq mümkün olmur. Eyni zamanda qadının əri də bütün yerlərə baxır, əlindən gələni edir, ancaq qadından xəbər tutmaq olmur ki olmur... Ancaq polislərin uzun müddətli axtarışları axır ki nəticə verir. Qadının cəsədi şəhərdən bir neçə KM aralıda bir qayalıqda tapılır. Polislər qadının ərinin yaşadığı evə gəlir və onun yoldaşının cəsədini tapdıqlarını böyük kədər içində deyirlər və ondan birazdan hazırlaşıb hadisə yerinə gəlməyi xahiş etdikdən sonra gedirlər. Birazdan qadının yoldaşı hadisə yerinə gəlir və o, gələn kimi polislər onu həbs edirlər! Polislər niyə məhz onu həbs etdilər?!