www.nice.az > Məntiqi Suallar > Düşünmək lazımdır

Düşünmək lazımdır


24 fevral 2011. Müəllif: hebibi_p
Düşünmək lazımdır

1.Lalə,Güllü,Cəmilə və Qərənfil 4 bacıdırlar.Lalə Qərənfildən kiçikdir.Güllü də Qərənfildən kiçikdir.Cəmilə Lalədən də kiçikdir,lakin bacıların ən kiçiyi deyil.

Bacıların adlarını böyükdən kiçiyə ardıcıl yazın.

2.Tofiq istirahət evində 5 qardaşla tanış olur.Onlar özlərini təqdim edirlər:

-Mənim adım Kərimdir.Mən Ayazdan 2 yaş böyüyəm,Toğruldan isə 2 yaş kiçiyəm.

-Mənim adım Elmandır.Ayazla əkizəm

-Mən Toğrulam.Gələn il mənim 12 yaşım tamam olacaq.

-Mən Şahinəm,qardaşların ən böyüyüyəm.Ən kiçik qardaşımla yeddi il fərq var.

Qardaşların yaşını tapın.