www.nice.az > Məntiqi Suallar > Səndən Müstəntiq Olar? (3)
Səndən Müstəntiq Olar? (3)3 avqust 2009. Müəllif: XP |
![]() Səndən Müstəntiq Olar? (3) Cinayət işi üzrə istintaq prosesi gedir... Hələ ki, cinayətkarı müəyyənləşdirmək mümkün olmamışdır. Müstəntiq şahidin çağrılmasını xahiş edir. Şahid gəlir. Müstəntiq ondan hadisənin necə baş verdiyini və həmin an nə görmüşsə danışmağını istəyir. Şahid danışmağa başlayır: “Neçə vaxtdır xeyli işlədiyimdən bir qədər istirahət etməyə qərar vermişdim. Buna görə də evdən təmiz hava almaq məqsədi ilə çıxdım və dəniz sahilinə tərəf gəldim. O an gördüm ki, məndən bir neçə metr uzaqlıqda bir adam silahı başına doğru tutmuş və intihar etmək istəyir. Məndən uzaqda olsa da səsimi eşidə bilərdi. Ona görə də mən ondan intihar etməməyi xahiş elədim. Lakin o, buna əhəmiyyət vermədi və ona tərəf bir-iki addım yaxınlaşdığımı görən kimi başına 2 əl atəş açaraq yerə yıxıldı.†Şahid bunları deyərək nitqini başa çatdırdı. Ancaq onun nitqini sona çatdırması ilə müstəntiqin “Cinayətkar Sənsən!†deməsi bir oldu... Müstəntiq necə bilmişdi ki, cinayətkar məhz şahiddir?! Hazırladı: XP |