www.nice.az > Məntiqi Suallar > Məntiqi sual (25)
Məntiqi sual (25)23 aprel 2009. Müəllif: M1rZ3 |
![]() Bir nəfər tanımadığı bir kəndə qonaq getmək istəyir. Həyatında ilk dəfə gedəcəyi kəndin yolunu bilmir. Gəlir, gəlir bir yolayrıcıyla rastlaşır. Qarşısındaki iki yoldan ancaq biri kəndə gedir. Ancaq o bilmir bu yol hansıdı. Həmin bu yolayrıcında iki nəfər olur. Bunlardan biri həmişə yalan danışan olur, biri isə ancaq düz danışan. Di gəl ki, qonaq bunların hansının hansı olduğunu bilmir. Eyni zamanda bu iki nəfər də heç qonaqpərvər olmurlar və qonaqdan yalnız onlardan birinə cəmi bir sual verməsini istəyirlər. Qonaq da bunların yalnız birinə bir sual verməklə kəndin yolunu tapmalıdır. Nə sual soruşsun ki, kəndə gedən yolu tapa bilsin? |