www.nice.az > Maraqlı Məlumatlar > Polşa prezidenti "17" rəqəmindən qorxur
Polşa prezidenti "17" rəqəmindən qorxur22 iyul 2009. Müəllif: XP |
![]() Polşa prezidenti Lex Kaçinski "17" rəqəmindən həddindən artıq qorxur. Onun fikrincə, həmin rəqəm bədbəxtlik gətirir. "Vprost" jurnalının yazdığına görə, hər ayın 17-də prezident hər hansı qərar almaqdan, fərman, qanun imzalamaqdan ehtiyat edir. Polşa prezidentinin "17" rəqəmini sevməməsini onun Serbiyaya son səfəri də göstərib. Kaçinskiyə Belqraddakı oteldə "317" saylı otaq ayrılıb. Prezident apartamentindəki nömrə barədə ona məlumat verildikdə, dərhal otağın dəyişdirilməsini tələb edib. Lakin məlum olub ki, hoteldəki prezident apartamentləri binanın eyni cinahında yerləşir. Hər mərtəbədə isə nömrələrin sonu 17 ilə bitir. Məsələn, 317, 417, 517 və s. Belə olan halda Polşa prezidenti öz otağını nazir Malqojat Boxeneklə dəyişdirib və standart bir otaqda yatıb. // Üç Nöqtə |