www.nice.az > Maraqlı Məlumatlar > Ana südünün xeyri nədədir?
Ana südünün xeyri nədədir?6 fevral 2011. Müəllif: Muslim_Girl |
![]() Bu sahədə aparılan araşdırmaların nəticələri İtaliyanın “Stampa†qəzetində dərc edilib. Avstraliyanın Perts Teleton Uşaq Sağlamlıq İnstitutu tərəfindən də bu istiqamətdə müəyyən araşdırmalar aparılıb. Araşdırma zamanı 1989-1992-ci illər arasında uşaq dünyaya gətirən 2300 qadının uşaqlarının psixoloji inkişafı 14 il ərzində müşahidə olunub. Məlum olub ki, körpə vaxtı 6 aydan çox ana südü ilə qidalanan uşaqların psixoloji cəhətdən heç bir problemləri yoxdur. Araşdırmaya rəhbərlik edən Vendi Odi bu haqda belə deyib: “Ana südü ilə bəslənən uşaqlarda psixoloji problemlərin olmaması təkcə bu südün tərkibindəki bioloji komponentlərin zənginliyindən irəli gəlmir. Qeyd etməliyik ki, əmizdirmə zamanı ana və körpə arasında yaranan təbii münasibtlərin də bunda böyük rolu var†|