www.nice.az > Maraqlı Məlumatlar > Pinqivinin sevgilisi onu tərk edərsə...
Pinqivinin sevgilisi onu tərk edərsə...15 iyul 2009. Müəllif: XP |
![]() ABŞ -da, San Fransiskoda bir zooparkda yaşayan dünyanın ən məhşur homoseksual (həmcins) pinqivinləri araya bir dişinin girməsi səbəbiylə bir-birindən ayrıldılar. 2003-cü ildən bəri həmişə bir yerdə olan iki erkək pinqivin Harry və Pepper indi artıq bir-birilərinə düşməndilər. 6 il eyni yuvada bir ailə kimi yaşayan bu iki erkək pinqivin keçən il "övladlığa" bir pinqivin yumurtası götürdülər. Həmin yumurtadan çıxan pinqivin isə indi xeyli böyüyüb və adı da Lindadır. Linda və Harry indi bir-birilərinə çox bağlanıblar. O qədər ki, artıq Harry Pepperlə nəinki yaxın olmaq, heç görmək də istəmir. Hər gün dava edirlər, buna görə də onların baxıcıları yuvalarını dəyişməli olub. İndi Linda və Harry adlı pinqivinlər öz yuvalarında qarşılıqlı sevgiləri ilə xoşbəxt yaşayır, Pepper adlı yazıq pinqivin isə tənhalığı ilə..... Tərcümə etdi: XP |