www.nice.az > Maraqlı Məlumatlar > Qeyri-adi katolik kilsə

Qeyri-adi katolik kilsə


12 yanvar 2011. Müəllif: hebibi_p
Qeyri-adi katolik kilsə

Qeyri-adi katolik kilsə

Qeyri-adi katolik kilsə

Qeyri-adi katolik kilsə

Qeyri-adi katolik kilsə

Qeyri-adi katolik kilsə




İspaniyanın paytaxtı Madridin həndəvərində artıq 50 ildir ki, qeyri-adi katolik kilsəsi tikilir.
Kilsəni yaşlı madridli praktiki olaraq təkbaşına tikir və o, əlinə keçən nə varsa, inşaatda istifadə edir. Xusto Qalyeqonun indi 85 yaşı var.

Tikinti illərində kilsənin baş gümbəzinin hündürlüyü 40 metrə çatıb.
Don Xusto istirahət günləri olmadan çalışır, yalnız Milad günü dincəlir. Yay və qışda o, tikdiyi kilsəyə səhər saat 6-da gəlir. Qışın sazaqlı günlərində isə o, evdlə çalışır.

"Bunu etiqadım və dinim naminə edirəm. Anam çox dindar qadındı. Etiqadı mənə o öyrətdi və kilsəni sevirəm. Bu işə də hər şeyimi verirəm", - qoca madridli deyib.
Xusto Qalyeqo memar və ya bənna deyil, onun inşaat təhsili də yoxdur. Onun ibtidai məktəbdə təhsili də 1930-cu illərin sonlarındakı vətəndaş savaşında yarımçıq qalıb.
"Lakin burada öyrənəsi heç nə yoxdur. Sadəcə, inam gərəkdir. Hər şey səmalardan gəlir", - 85 yaşlı qoca deyir.

Don Xustonun tikdiyi kilsə Vatikandakı Müqəddəs Pyotr kilsəsi, Ağ Ev, habelə Madriddəki kilsələr və qalaları xatırladır.
Kilsənin yalnız nəhəng mərkəzi gümbəzinin inşasına 20 il sərf olunub. Binada isə 20 başa çatmamış qüllə var.

Don Xusto heç bir maliyyə yardımı almadığından kilsəni zibildən tikir.
Hər səhər saat 4-də o, qonşu fabrik və həyətlərdə atılmış zay kərpic və parçalanmış daş lövhələri yığır, onları kilsənin həyətinə daşıyır.
Tavanı saxlayan sütunlar boş yanacaq çəlləklərindən tikilib.

"Adamlar məni "dəli" adlandırır, təhqir edirlər. Amma onlar heç nə anlamırlar. Tikdiyim kilsəyə baxanda heyrətə gəlir və Tanrıya minnətdarlıq edirəm", - Don Xusto söyləyir.