www.nice.az > Maraqlı Məlumatlar > Xoş musiqi dinləmək öpüşməyə bərabərdir

Xoş musiqi dinləmək öpüşməyə bərabərdir


11 yanvar 2011. Müəllif: GHoSTMaN
Xoş musiqi dinləmək öpüşməyə bərabərdir

Amerikalı alimlər sevimli musiqinin insanın özünü xoşbəxt hiss etməsinə kömək etdiyini müəyyənləşdirib.

ABŞ mətbuatının verdiyi məlumata görə, alimlərin araşdırması sevimli musiqi dinləyən zaman insan orqanizmində kimyəvi prosesin getdiyini göstərib. Məlum olub ki, eyni kimyəvi proses insanın öpüşdüyü, ləzzətli yemək yediyi və maaş aldığı vaxt da baş verir.
Araşdırma müəlliflərinin sözlərinə görə, dinlənilən müsiqinin janrından asılı olmayaraq, bəyənilirsə, o, insanın özünü xoşbəxt hiss etməsinə kömək edir.