www.nice.az > Maraqlı Məlumatlar > Bu hadisə 1997-ci ildə Türkiyə-də baş verib!

Bu hadisə 1997-ci ildə Türkiyə-də baş verib!


30 iyun 2009. Müəllif: XP
Bu hadisə 1997-ci ildə Türkiyə-də baş verib!

O yaz ən böyük həvəsimiz rəfiqələrimizlə gecə aşağı düşmək idi və aşağı düşdüyümüz hər gecə bir-birimizə qorxu hekayələri izah edərdik. Danışdığımız hekayələr ümumiyyətlə öz xəyal məhsulumuz olardı lakin izah edərkən sanki yaşanmış kimi izah edərdik və öz uydurduğumuz hekayəyə o mühitin verdiyi gərginliklə özümüz də inanar və qorxardıq. İçimizdə ən çox hekayə izah edən Nedim deyə bir rəfiqəmiz idi. Nedim yaşca bizdən böyük idi və bizi qorxutmağı yaxşı bacarırdı. Yenə belə bir gecədə Nedim bizə çox maraqlı bir hekayə izah etdi. Hekayəyə görə bəzi insanlar səbəbsiz yerə içlərindən gələn bir odla külə dönüşəcək qədər yanırlarmış. Bu yanma o qədər tez gerçəkləşirmiş ki, qurbanın özünü qurtarmağa zamanı olmurmuş. Onu da qeyd edim ki, bu hadisə qurban tək ikən reallaşırmış, yəni şahidi olmurmuş heç bir zaman. Bu danışdığı hekayə maraqlı olduğu qədər inandırıcı gəlməmişdi çoxumuza. Lakin Nedim evindən gətirdiyi ensiklopediya da yazılanları bizə göstərəndə hamımızın tüklərimiz tikan tikan olmuşdu. Bu hadisələr gerçək yaşanmış hadisələr olaraq izah edilirdi ensiklopediyada dəlilləri ilə. O gecə evə qaçaraq çıxdım və bütün gecə gözlərimə yuxu girmədi. Sabahısı gün isə bəlkə hamımız üçün həyatımızın ən qorxunc günü olmuşdu. Gələn xəbərə görə Nedim bir küçə arasında ölü tapılmışdı və işin maraqlı yanı Nedimin basdırıldığı qəbiristanlıqda 1 həftə sonra yanğın çıxmışdı və bütün məzarlar yox olmuşdu.


P.S. Tarix: 3 Sentyabr 1997, Türkiyə-nin Mersin məzarınının meşə tərəfində onlarla məzar yanmışdı.