www.nice.az > Maraqlı Məlumatlar > Ölkələrə görə yeni il bayramı

Ölkələrə görə yeni il bayramı


31 dekabr 2010. Müəllif: Sparrow
Yeni il Almaniyada

Ölkələrə görə yeni il bayramı

Almanlar Yeni il gecəsi saat 12-ni vurarkən ovuclarında metal pul sıxaraq tullanırlar.

İnanırlar ki, bunu etsələr yeni il daha bərəkətli olacaq.

Yeni il Avstriyada

Ölkələrə görə yeni il bayramı

Avstriyada hələ qədimlərdən Yeni il bayramının xeyirxah obrazları

bacatəmizləyən və donuzdur. Bu, əlbəttə, sonuncunun

bayram süfrəsində həzm-rabedən keçirilməsinə mane olmur.

Yeni il Braziliyada

Ölkələrə görə yeni il bayramı

Braziliyada Yeni il toplardan atılan atəşlərlə qarşılanır.

Atəş səsi eşidəndə hamı bir-birini qucaqlayıb öpməyə başlayır.

İnanırlar ki, həmin an sənə əziz olan birini

öpməyə imkan tapsan il xoşbəxtlik içində keçəcək

Yeni il Yaponiyada

Ölkələrə görə yeni il bayramı

Yaponiyada bayram günü budda məbədlərindəki bürünc zənglər

108 dəfə çalınır. Bu rəqəm təsadüfi seçilməyib.

Yaponlar hesab edirlər ki, hər bir zərbə insan həyatını məhv

etməyə qadir olan 108 ziyanlı ehtirasdan birini qovur.

Bununla da gündoğar ölkənin sakinləri Yeni ili təmiz ruhla qarşılayırlar.

Yeni il Çində

Ölkələrə görə yeni il bayramı

Çində də bayram günü böyük səs-küy və atəşfəşanlıqla keçir.

Bununla çinlilər Yeni ilin gəlişinə mane olan

şər qüvvələri qovduqlarını düşünürlər

Yeni il İspaniyada

Ölkələrə görə yeni il bayramı

İspaniyada bayram günü hamı şəhərin mərkəzi meydanına axışır.

Üzüm yeməyə. Həm də kütləvi şəkildə. Hər kəs müəyyən

vaxt ərzində 12 salxım üzüm yeməlidir. Bayram axşamı

küçələrdə müxtəlif tələlər qurulur.

Bu onun üçündür ki, pis qüvvələr köhnə ildə ilişib qalsın.

Yeni il İtaliyada

Ölkələrə görə yeni il bayramı

İtaliyalı uşaqların isə Şaxta babaları yox, Şaxta nənələri var.

Onun adı Befan nənədir. Bu ölkədə Yeni ili bərkdən

qışqıraraq qarşılamaq adəti var. Ucadan danışmaq

italyanlar üçün adi hal olsa da Yeni il gecəsi onlar öz

səslərinə tam sərbəstlik verirlər. Beləcə onlar həm də

köhnə ilə vidalaşırlar. Əgər Yeni il bayramı ərəfəsində

təsadüfən Roma küçələrindən keçsəniz ehtiyatlı olun.

Çünki pəncərələrdən atılan köhnə ev əşyalarına hədəf ola

bilərsiniz. İtalyanlar hesab edirlər ki, Yeni ilin astanasında

bütün pis fikirlərdən və köhnə əşyalardan xilas olmaq lazımdır