www.nice.az > Maraqlı Məlumatlar > İkiekranlı İnteraktiv Bend Desk Masası

İkiekranlı İnteraktiv Bend Desk Masası


27 dekabr 2010. Müəllif: MuXa
İkiekranlı İnteraktiv Bend Desk Masası
Almaniyanın RWTH Aachen University universiteti tərəfindən işlənib hazırlanmış Bend Desk qurğusu da elə məhz böyük displeylərə üstünlük verən istifadəçilər üçün nəzərdə tutulmuşdur.

Bu qeyri-adi masa bir qədər əyilmiş şəkildədir, o, bir növ ingilis əlifbasının L hərfinə bənzəyir. Elə bu səbəbdən bu konsept Bend Desk – Əyilmiş Masa adlandırılmışdır.

Bend Desk Masasının Özəllikləri

Bu masanın maraqlı cəhəti odur ki, onun istər üfüqi, istərsə də şaquli hissəsi, mahiyyət etibarilə, multitəç texnologiyasını dəstəkləyən sensor ekranlardır. Bu isə istifadəçi üçün inanılmaz imkanlar açır.

Təsvirlər bu displeylərə masanın altında quraşdırılmış iki projektorun köməyilə çıxır. Bend Desk-in təç-skrin səthi eyni zamanda basılan bir neçə nöqtəni izləyə bilir.

Belə bir qurğu, yəqin ki, qrafika və video dizaynerlərinin lap ürəyincə olar. Qeyd edək ki,

Bend Desk-in aşağı hissəsində müəyyən təsvir və ya videonu hazırlayaraq yuxarı hissədə montaj etmək mümkündür. Masanın maili (əyilmiş) hissəsi isə bufer rolunu oynaya bilər


İkiekranlı İnteraktiv Bend Desk Masası