www.nice.az > Maraqlı Məlumatlar > S2 Liner adlı Neon Skoç
S2 Liner adlı Neon Skoç26 dekabr 2010. Müəllif: MuXa |
![]() S2 Liner Neon Skoçunun Özəllikləri Bu neon skoç qaranlıqda evinizi əsrarəngiz işıqlara qərq edərək elektrik enerjisinə qənaət etməyə imkan verəcək. Dizayner Cheol Min Park təklif edir ki, evin təhlükəli guşələri, eləcə də dar keçidlər, mebelin kənar hissələri, qapıların dəstəyi və pilləkən “S2 Linerâ€-lə skoçlansın. Belə olan halda, mənzildə hətta qaranlıq olarkən rahatca hərəkət edə bilərsiniz. Beləliklə də, özünüzü yıxılmaqdan və zədələnməkdən qorumuş olarsınız. S2 Liner Neon Skoçunun İşləmə Prinsipi İlk baxışdan, elə düşünmək olar ki, S2 Liner yapışqan lenti gün və ya elektrik işığını özündə toplayaraq saxlayır və qaranlıqda həmin bu enerjidən istifadə edərək ətrafı işıqlandırır. Amma əslində, bu konsept nanozərrəciklərin ətrafa işıq saçdığı “işığın sıxılması texnologiyasıâ€na əsaslanır. Başqa sözlə, daim “parlaq†olan skoç gündüz demək olar ki, nəzərə çarpmır, amma gecə o, evi diqqətçəkici yaşıl işığa qərq edir ![]() ![]() |