www.nice.az > Maraqlı Məlumatlar > 2011 Dovşan ili

2011 Dovşan ili


18 dekabr 2010. Müəllif: krik
2011 Dovşan ili

Doğum illəri : 1927, 1939, 1951, 1963, 1975, 1987, 1999, 2011

Yaponlar belə hesab edirlər ki, Dovşanlar - xoşbəxtdirlər, gözəl danişiq qabiliyyətləri var, istedadli və təmizliksevərdirlər, ciddi, dözümlü, xoşməramli və gözəl seçim qabiliyyətinə malikdir. Dovşan ətraf mühiti sevir ətraf mühitdəkilər də onu. Onun hemişə bəxti gətirir, bir azca qiybət qilmaği xoşlayir, amma bunu dəqiq və taktik edir. Pis şeylər danişmaqdan heç xoşu gəlmir. O sevdiyi insanlara həmişə bağlidir, lakin aile üzvü kimi dostlarini görür. Dovşan özündən heç də tez çixmir. O sakitdir, gec qiciqlanir, işlərində uğur qazanandir. Temperament növünə görə isə dovşan melonxolikdir, onun ürəyi yumşaqdir və hətta göz yaşlarina qədər də gedə bilər. Dovşan xirdaçidir və o qədər də güclü silahlanmamişdir. O bir qədər köhnə fikirlidir və heç bir şeyi 100 ölçüb 1 biçməmiş heç bir qərar qəbul etmir. Dovşanin həyati əgər özü heç bir pis mühitə düşməsə ömrünün hər 3 fazasinda sakit axir.Dovşanin yaxşi tutduğu adamlar Qoyunlar, Donuzlar və Itlərdir.Pis ailə Əjdaha ilə, lap pis isə Siçan və Xoruzlardir.

Dovşanı həmişə zəif, gücsüz və qorxaq hesab edirlər. Lakin, şərq inanclarina görə o əjdahaya qalib gəlib. Bic Dovşan əjdahanin öhdəsindən gəlmək üçün aləmə səs salir ki, güya özünü bütün heyvanlarin şahi kimi qələmə verən bir varliq gölün yaninda məskən salmişdir. Bu söz əjdahaya çatanda, o gölün yanina gedir. Suda öz əksini görəndə hirs ilə suya atilir. Gölün ətrafina yiğişmiş heyvanlar hamisi özünü suda həlak edən əjdahaya gülməyə başladilar, əjdaha isə utandiğindan 7 rəng dəyişdi (göy, qirmizi, sari, ağ, qara...). O hadisədən sonra da Dovşan qeyrətləndi və bütün heyvanlarin yaninda qürurla gəzməyə başladi.

Dovşanlar sakit olduqlarından bu ilin dünya üçün sakit, əmin-amanlıq olacağı proqnozlaşdırılır. Bundan başqa bu canlılar romantik olduqları üçün 2011-ci ildə bağlanan bütün nikahlar daha xoşbəxt və davamlı olacaq. Dovşan ilinin əsas xarakteristikası gözəllik, münasibətlərin möhkəmlənməsidir.