www.nice.az > Maraqlı Məlumatlar > "Facebook"un banisi "İlin adamı" oldu
"Facebook"un banisi "İlin adamı" oldu15 dekabr 2010. Müəllif: XP |
![]() "Facebook"un banisi "İlin adamı" oldu! Mark Sukerberq 2010-cu ilin ən ünlü şəxsi bilindi. Qaynar.info-nun məlumatına görə, nüfuzlu "Time" jurnalı ənənəvi "İlin adamı" tituluna bu il İnternetin ən böyük sosial şəbəkəsi "Facebook"un banisi və sahibi Mark Sukerberqi layiq görüb. Jurnalın redaktoru Riçard Ştenqel seçimlərini NBC telekanalındakı "Today" proqramında açıqlayıb. "Time"də "2010-cu ilin adamı"ın adı müəyyənləşənə qədər aparılan səsvermədə "WikiLeaks"-in qurucusu Culian Assanj və Türkyiənin baş naziri Rəcəb Tayyib Ərdoğan hamıdan çox səs toplamışdılar. Buna rəğmən, "Time" jurnalının redaksiya heyəti rəqibləri ilə müqayisədə daha az səs yıgmış Mark Sukerberqə üstünlük veriblər. Nominantlar arasında ABŞ-dakı yeni siyasi təşkilat olan Çay Partiyası, Əfqanıstan prezidenti Həmid Kərzay və Çili şaxtaçıları da vardı. "Time" jurnalı ötən il "İlin adamı" adına ABŞ Federal Ehtiyat Sisteminin rəhbəri Ben Bernankeni layiq bilmişdi. Mənbə: http://news.qaynar.info/42973.html |