www.nice.az > Maraqlı Məlumatlar > Şaxta baba və Qar qız ola bilərsən?
Şaxta baba və Qar qız ola bilərsən?16 dekabr 2010. Müəllif: HiTMaN |
![]() Yeni il testini həll edin və bilin Hər bir yaxşı insan yaxşı aktyor ola bilməz. Amma razılaşın ki, Şaxta baba və Qar qız rolu üçün bu, o qədər də önəmli deyil. Bəs nə önəmlidir? Fantaziya, mehribanlıq, anında improvizasiya etmək bacarığı və əlbəttə ki, möcüzələrə səmimi inam. Eyni zamanda, bu yeni il cütlüyünün mövcudluğuna inanmalısınız. Özünüzün də Qar qız ola biləcəyinizi yoxlayın. 1. Keçmişə səyahətin mümkün olduğunu hesab edirsiniz? A. Əminəm ki, yaxın gələcəkdə elm bunu reallığa çevirəcək B. Yaxın zamanlarda bu, mümkün olmaz C. Əsl fantastikadır 2. Fikirlərinizi dilə tez gətirirsiniz? A. Həmin dəqiqə B. Əhvalımdan asılı olaraq C. Xeyr, çox gec 3. Yeni il ərəfəsində xəbər vermədən qonaq gedə bilərsiniz? A. Asanlıqla, bu ən yaxşı sürprizdir B. Yalnız qohumlarımgilə C. Heç vaxt, axı bu, ədəbsizlikdir 4. Həvəskarcasına populyar mahnıları oxumağı və rəqs etməyi sevirsiniz? A. Ürəyim gedir, təki bir səbəb olsun B. Əgər lazımdırsa, bacararam C. Bu mənilik deyil 5.Başqalarının gözəl olmayan və inkişaf etməyən uşaqları sizdə xoş hisslər oyadır? A. Uşaqlarla həmişə yaxşıdır B. Bəzən, amma onlara daha çox yazığım gəlir C. Öz ağıllı və gözəl uşaqlarıma üstünlük verirəm 6. Hədiyyə verməyi sevirsiniz? A. Əlbəttə, hədiyyə verməyi hədiyyə almaqdan daha çox sevirəm B. Yalnız bayramlarda C. Hədiyyə almağı daha çox sevirəm 7. Pişik və ilan ətindən hazırlanan "Pələngin əjdaha ilə döyüşü" adlı məşhur Çin yeməyindən dadmaq istərdinizmi? A. Ağzımın suyu axdı, bu böyük həzz olardı B. İstəyirəm, amma özümü buna hazırlamalıyam C. Heç bir halda 8. İnsanı Yeni il bayramında başqalarını şənləndirməyə nə vadar edir? A. Möcüzələr yaratmaq istəyi B. Başqalarını razı salmaq cəhdi C. Ciddi maddi sıxıntı 9. Hansı rəngi sevirsiniz? A. Sarı B. Qırmızı C. Qəhvəyi Nəticələri hesablayaq: Hər "A" cavabına görə 1 xal, hər "B" cavabına görə 2 xal, hər «C» cavabına görə isə 3 xal verin. 9-14 xal Siz ideal Qar qız və ya Şaxta babasınız; hətta "əsillərindən" də yaxşısınız. Hər bir ailə bayram gecəsi onların evində olmanızı arzulayardı. 15-21 xal Hazırda siz "ortastatik" Şaxta baba və Qar qızsınız. Sizə heç də uzunmüddətli təcrübə kömək etməyəcək. Daha böyük uğur əldə etmək üçün həyata baxışınızı dəyişməlisiniz. 22-27 xal Heç bir halda belə rolları oynamağı üzərinizə götürməyin. Bu yolla hamını məyus edə bilərsiniz. Məyusluq isə Yeni il bayramı ərəfəsində ən təhlükəli və xoşagəlməz hissdir |