www.nice.az > Maraqlı Məlumatlar > Fikirləri gözlərdə oxumaq

Fikirləri gözlərdə oxumaq


14 dekabr 2010. Müəllif: Sparrow
Fikirləri gözlərdə oxumaq

Fikirləri gözlərdə oxumaq

İnsan düşünərkən gözlərini hərəkət etdirməyə başlayır. Fikirlərin istiqamətindən asılı olaraq baxış traektoriyası tez-tez dəyişir. Əgər söhbət əsnasında tanışınız sizin gözlərinizə baxmırsa demək ki, söhbət onun üçün maraqlı deyil. Gözlərini sizdən çəkməyəndə isə demək ki, söhbət onun üçün çox mühümdür. İnsanın nədənsə narahat olduğunu onun oyan-buyana qaçan gözləri biruzə verir. Bu zaman adam sizin gözünüzə baxır və tez çəkir. Gözlərlə əlaqə çox qısa müddət davam edir. Utancaq adam isə gözlərini aşağı dikir.
1. Göz bəbəyinin yuxarı qaldırılması həmsöhbətiniz qıcıqlandığına işarə edir.
2. Əgər söhbət əsnasında baxışlarını sağa çəkirsə demək nəyisə xatırlamaq istəyir. Sola çəkirsə demək hadisənin şəklini deyil, səsini xatırlayır.
3. Əgər aşağı sonra sağa baxırsa demək nə deyəcəyini düşünür. Aşağa sonra sola baxırsa bu yaxınlarda başına gələn hadisələri düşünür.
Əlbəttə bunlar insanın fikrini tam öyrənməyə kömək etmir, amma ən azından insana birazda olsa qarşı tərəf haqqında fikir yaratmağa səbəb olur.

Fikir oxuma bacarığınız olsa kimin fikirlərini oxuyarsınız?