www.nice.az > Maraqlı Məlumatlar > İnsanların qəribə davranışları
İnsanların qəribə davranışları3 dekabr 2010. Müəllif: GHoSTMaN |
![]() İnsanların qəribə davranışları Zamanın Müdrikindən soruşmuşlar: Birincisi: "İnsanların səni ən çox heyrətləndirən davranışları hansılardır?" Müdrik demiş: - Uşaq olmaqdan sıxılırlar və böyümək üçün tələsərlər. Nə var ki özlərinin uşaqlarının olmasını istəyərlər... - Pul qazanmaq üçün sağlamaqlılarını itirərlər. Amma sağlıqlarını geri almaq üçün də pul xərcləyərlər... - Sabaha görə narahat olarkən bugünü unudarlar. Beləliklə, nə bugünü nə də sabahı yaşayarlar... - Heç ölməyəcək kimi yaşayarlar. Amma heç yaşamamış kimi ölərlər... Sıra növbəti suala gəlmiş: "Bəs sən nə məsləhət görürsən?" Müdrik demiş: - Özünüzü heçkimə sevdirməyə can atmayın! Siz sadəcə sevilən insan olmağa çalışın... - Əsas olan; həyatda ən çox şeyə sahib olmaq deyil, ən az şeyə ehtiyac duymaqdır... - Sizi sevən çox adam vardır, amma onlar hislərini necə ifadə edəcəklərini bilməyə bilərlər... - Bəzən başqaları tərəfindən bağışlanmaq bəs etməz. Özünüzü bağışlaya bilməlisiniz... |