www.nice.az > Maraqlı Məlumatlar > Avtomobil emblemlərinin mənaları

Avtomobil emblemlərinin mənaları


21 dekabr 2010. Müəllif: GHoSTMaN
Avtomobil emblemlərinin mənaları
ROLLS ROYCE: Sevimli Emily Lyuks marka Rolls Roycenin kapotundakı zərif şəkilin tarixi 1911-ci ildən gəlir. Şəkil dizaynçının sevgilisini təmsil edir. Orijinal adı "Spirit of ecstasy"(yeniliyin ruhu). Şəklə xalq dilində "emily" adı verildi.

Avtomobil emblemlərinin mənaları
NISSAN: Günəş və dürüstlük
Markanın dairə içinə yazılmış adı, günəşin doğuşu ilə Yapon bayrağındakı ağ zəmin içindəki qırmızı nöqtəni işarələyir. Emblem dürüstlüyü və səmimiyyəti simvollaşdırma edir.

Avtomobil emblemlərinin mənaları
HYUNDAI: Hyundai Cənubi Koreyalı avtomobil istehsalçısı və polad sənayeçisi firmadır. Koreya dilində Hyundai indiki zaman, müasir zaman mənasındadır. Hyundai aralarında avtomobil, gəmi istehsalı, sığortaçılıq, elektronik, məntiqi də olan xeyli çox sahədə fəaliyyət göstərməkdədir.
Koreya dilində Hyundai indiki zaman, müasir zaman mənasındadır.

Avtomobil emblemlərinin mənaları
MITSUBISHI: Samurai ərdəmi.
Üç qanadlı paxlava şəklindəki emblemdə Samurai gerbindən ilham alınıb. Firmanı quran iki Yapon ailə seçdikləri emblemin məsuliyyət şüurunu, centlmenliyi və cəmiyyətlərarası uyğunlaşmanı bildirdiyini deyirlər.

Avtomobil emblemlərinin mənaları
FIAT: Özünə dönüş
Fabrica Italiana Automobili orino. Əsl adı uzun olduğu üçün firma sahibi qısaltmaqla firmanın marka emblemini hazırladı. Sadə emblem 60 il aradan sonra 1990-cı ildə dəfnə ağacı ətraflı dairə içinə yerləşdirildi. Emblem firmanın uzUn keçmişini və idman sahəsindəki müvəffəqiyyətlərini işarələyir.

Avtomobil emblemlərinin mənaları
PEUGEOT: Aslanın gücü
Peugeot`un əsl işi mişar və mişar lövhələri idi. Bir aslan kimi "güclü" şüarıyla satılan bu məhsullardakı aslan emblemini fransızlar daha sonra istehsal etdikləri maşınlarda da istifadə etməyə başladılar.

Avtomobil emblemlərinin mənaları
FORD: Qurucusu Henry Fordun adıdır.
Mavi nişan üzərinə bəzəkli hərflərlə yazılıi Ford nostalji bir keçmişi xatırladır. 1903-cü ildən bu günə kimi istifadə edilən Ford emblemində keçici bir müddət üçün Köln Katedralinin silueti iştirak etmişdir.

Avtomobil emblemlərinin mənaları
RENAULT: Paxlava şəkli
Renault paxlava şəklinin mövcudluğu 1930-cu illərdəndir. Amblem klas və durğun şəkli ilə gələcəyi işarələyir. 1992-ci ildə kiçik dəyişiklərlə indi bütün Renaultlarda istifadə edilən yeni bir dizayn edildi.

Avtomobil emblemlərinin mənaları
HONDA: Honda Başlıca məhsulları avtomobil, yük maşını və motolet olan bir Yapon avtomobil markasıdır. Markanın adı qurucusunun soyadıdır. Sohiciro Honda və Taico Fujisawa. Emblemın mənası isə bilinmir.

Avtomobil emblemlərinin mənaları
PORSCHE: Suebialı`nın qüruru
Porsche emblemi 1952-ci ildən bu günə kimi Suebia milliyyətçiliyini önə çıxardan işarələrə yer verir. Emblemdəki qara at Almaniyanın Stuttgart şəhərinin gerbindəndir. Maral buynuzu ilə qırmızı-qara xətlər isə Almaniyanın Württemberg kəndindən götürülmüşdür.

Avtomobil emblemlərinin mənaları
BMW: Bayern Motor Werken, yəni Bayern Mühərrik Sənayesi.
Sadəcə fabrikin adının baş hərflərindən təşkil olunmuşdur.
BMWin emblemindəki mavi-ağ rənglər Almaniyanın Bavariya əyalətini təmsil edir. 1929-cu ildən bu günə kimi təyyarə və mühərrik istehsal edən BMW emblemdə də istehsala uyğun şin içində dönən pərvanə fiquruna yer verir. Daha sonra avtomobil istehsalına başlayan BMW avtomobillərində də eyni emblemi istifadə etməyi qərara alır.

Avtomobil emblemlərinin mənaları
TOYOTA: Müştərilərə sevgilər.
Yapon firmasının qurucusu Kirchiro Toyoda 1937-ci ildə üçlü ellips kombinasiyası ilə güclü markasının emblemini meydana gətirdi. Ellipslər avtomobil ilə müştəri arasındaki istiliyi, qrup ruhunu və müasirliyi təmsil edir.

Avtomobil emblemlərinin mənaları
SUBARU: Yapon ulduzu.
Subarunun emblemi 6 Yapon avtomobil istehsalçısının birləşməsi ilə ortaya çıxıb. Oval içindəki 6 ulduz birləşən firmaların simvoludur.

Avtomobil emblemlərinin mənaları
MAZDA: Məhkəmə qərarıyla yeni emblem
Renaulta böyük bənzərliyi səbəbindən açılan iddianı qazana bilməyən Yapon avtomobil istehsalçısı Mazda yeni bir emblem meydana gətirmək məcburiyyətində qaldı. Mazda qanadlarını açmış bir qartal fiqurunu emblem olaraq istifadə edir.

Avtomobil emblemlərinin mənaları
ALFA ROMEO: Zadəganlığın simvolu
Alfa Romeo amblem dizaynı, Italyanın Milano şəhəri ilə ölkənin soylu ailəsi Viscontietrafına dönür... Qırmızı xaç soyluluğu, ağ zəmin xalqı və kəndliləri işarələyir. Tac geymiş engerek ilanı isə soylu Viscoti ailəsinin gerbindən alındı.

Avtomobil emblemlərinin mənaları
WOLKSVAGEN: Vw emblemi Porsche mühəndisi Franz Xaver tərəfindən seçildi. 1948-ci il oktyabr ayından bu günə kimi markanın iki hərfi Almaniyanın Wolfsburg şəhərini şərəfləndirir.

Avtomobil emblemlərinin mənaları
YAGUAR: Sürətli pişik
Avtomobil və pişik. Güc və zəriflik. Yaquar, maşınlarındakı tullanan pişik fiqurunu meydana gələ biləcək qəzalarda piyadaların yaralanma riskini azaltmaq üçün dəyişdirdi. Firma çıxardığı yeni modellərinə yaquar yerinə yaquar şəkilli bir lövhə emblemi vurulur.

Avtomobil emblemlərinin mənaları
VOLVO: İsveçin döyüş tanrısı.
Volvo avtomobillərini İsveçin poladını təmsil edən dairə və ox bəzəyir. Emblemin yaradıcısı dəmir silahlarla təchiz edilmiş döyüş tanrısı Merihi işarələdiyi fiqurda, eyni zamanda, markanın möhkəmliyinə işarə edir.

Avtomobil emblemlərinin mənaları
CHRYSLER: Yeni avtomobillərə köhnə dizayn
Firmanın qurucu və sahibi Walter Chryslerin istəyinə görə 1998-ci ildən sonra çıxarılan Chrysler modellərinə 20-ci illərdəki köhnə emblem vurulmağa başlandı. Emblemdəki dairələr şini, şimşəklər isə sürəti bildirir.

Avtomobil emblemlərinin mənaları
Mercedes Benz: Daimler Chrysler ilə ortaq işləyən və avtomobil istehsal edən Carl Benz ad tapa bilməyincə tək qızı olan Mersedes Benzin adını bu avtomobilə verib.
Mersedes: oğruların ən çox rəğbət göstərdiyi bir fiqurdur.
Dünyada ən çox tanınan markalar arasında yerini alan Mersedesi, üçayaqlı ulduz fiquru, markanın quru, hava və sudakı gücünü təyin edir. Mersedes embleminin icadçısı Daimlerdir. Mersedes emblemi dünyada ən çox tanınan marka olmaqla yanaşı, ən çox oğurlanan fiqur olaraq da ilk sırada yerini tutur.

Avtomobil emblemlərinin mənaları
OPEL: Qurucusu Adaç Opelin adıdır.
Opel əvvəllər sadəcə tikiş maşınları istehsal edirdi. 1899-cu ildə avtomobil istehsal etməyə başlayan Opel emblemində təkər içində şimşəyə yer verir. Emblemdəki təkər etibara, şimşək isə sürətə işarədir.

Avtomobil emblemlərinin mənaları
AUDI: Emblemdəki dörd üzük avtomobil birliyi üçün birləşib ittifaq quran dörd firmaya işarədir. Audi adı firmanın köhnə idarəçilərindən olan mühəndis August Horch tərəfindən verilir. Markaya öz adını verməyən Horch latıncadan adının qarşılığı olan Audini tapdı.

Avtomobil emblemlərinin mənaları
FERRARI: Hədiyyəlik at
Italyan kontesin 1923-cü ildə firma qurucusu Enzo Ferrariyə hədiyyə etdiyi at maskot, Ferrarinin amblemini təşkil etdi. Amblemdeki ana rənglər sarı ilə qırmızı, firma sahibinin yaşadığı komşuşehir Modenanı və yarışa olan sevgini işarələyir.