www.nice.az > Maraqlı Məlumatlar > Dostumm...!
Dostumm...!2 dekabr 2010. Müəllif: GHoSTMaN |
![]() ![]() Dostum, içimi qapqara buludlar aldıqda, başımı çiyninə yaslaya biləcəyim, onun içini qara buludlar alanda, başını Mənim çiynimə qoya biləcək bir insandır. Dostum, sıxıntıdan əllərim bumbuz olduqda, əllərimi tutaraq taaa ürəyimə qədər isitə biləcək, sıxıntıdan onun əlləri bumbuz olduqda, əllərimi tutaraq taa ürəyinə qədər isitə biləcəyim insandır. Dostum, evdə bir fincan çayın yada qəhvənin içimi vaxtı, "könül nə qəhvə istər , nədə çayxana", "könül bir dost istər, qəhvə bəhanə" sətirlərini xatırlayıb, həyatın balaca bir parçasını paylaşa biləcəyim insandır. Dostum, mahnıları, şerləri, o hiss etməsə belə bir gülün qoxusunu paylaşa bildiyim insandır. Dostum, Mənim problemimi öz problemi bilmək, qolum, qanadım olan, ayrılmaq istəsəmdə qoparıb ata bilmədiyim insandır. Dostum, bərabər gülüb, bərabər ağladığım, o mənə gülməyi öyrədərkən, mən ona qəhqəhə çəkməyi, o mənə iməkləməyi, mən ona yeriməyi öyrətdiyim insandır. Dostum, sevdiyim insanla dostum arasında seçimdə qaldığımda, tam əminliklə DOSTUM deyə biləcəyim insandır, mənim dostum. Dostum, hər yerdə hiss etdiyim, dalqınlıqla ismini söylədiyim, yanında olduğumda bütün dərdimi qəmimi unuta bildiyim insandır. Dostum, onun pul kisəsinin qalınlığından, cinsiyətindən, inancından, siyasi düşüncəsindən öncə, insan olduğu üçün sevdiyim və məni insan olduğum üçün sevən bir insandır. Bunları nəzərə alaraq, mənim dostum olaraq qalmağa varsanmı? |