www.nice.az > Maraqlı Məlumatlar > Gənclik nədir?
Gənclik nədir?29 noyabr 2010. Müəllif: Sparrow |
Gənclik nədir? Bu günkü gənclik... Kim bilir neçə adamın dilindən ah-vay nalələri yüksəldi. Adətən, gənclik kəlməsi səslənəndə adamın gözü qarşısında çılğın, dəlisov, rəngarəng bir həyat canlanır. Və o həyatın içində hətta yaşlı nəsli belə özünə çəkən qəribə bir cazibə qüvvəsi olur. Bir anda gənc olmaq həvəsi... Bu zaman bir sual çox maraqlıdır. Görəsən o anda da gənc nəsil yaşlı nəslin qınaq hədəfinə çevriləcəkmi? Əlbəttə, yox!.. Nə isə, mövzudan çox uzaqlaşmayaq. Gənclik özü öz aləmində iki cür olur: təhlükəli və normal gənclik. Təhlükəli gənclik deyəndə ifrat çılğınlığı, sərhədsiz azadlığı nəzərdə tuturam ki, bu da günümüzdə xəstə cəmiyyətləri yaradan, gələcək nəsillər üçün böyük fəlakətlər doğuran gənclikdir. Hansı ki, bu gəncliyə narkotika, oğurluq və s. cinayətləri aid etmək olar. Lakin günahların hamısını haqqında danışdığım həmin xəstə gəncliyin çiyinlərinə yükləmək istəməzdim. Çünki cinayətkarın cinayətkar olmasında günahı təkcə onun özündə axtarmaq lazım deyil. Bu mənada nəticələrin yox, səbəblərin kökünə balaca da olsa, varmaq istərdim. Deyirlər hər şey ailədən başlayır. Hardasa bu fikirlə razıyam, hardasa da yox. Lakin bir məsələ də var ki, necə deyərlər binanın bünövrəsi əvvəldən necə qoyuldusa, elə də ucalacaq. Əyri, yaxud düz, bu artıq bünövrədən asılıdır. Və gəlin əksər ailələrimizdə bu gün qurulan bünövrələrə bir daha nəzər salaq. Hamıya məlumdur ki, uşağın dünyaya gəlməsiylə valideynin çiyinlərinə düşən yükün çəkisi də günbəgün artır. Lakin bizdə ailələrimizin ən böyük problemi nədir? Ailədə insani münasibətləri, bir-biriylə fikirlərini bölüşüb paylaşma mədəniyyəti hələ də sıfır dərəcəsindədir. Uşaq düşündüyünü valideyniylə bölüşmür ki, “Yox, birdən atam məni anlamazâ€, yaxud ana 2-3 yaşlı uşağın ağzının üstündən bir şillə çəkib (dəfələrcə canlı şahidi olmuşam) “kəs səsini, sual vermə†deyirsə, vallahi o körpə “xoşbəxt†oldu. Artıq cinayətkarlıq toxumları valideynin öz əlləriylə səpilir. Körpənin qəlbində yaranan ümidsizlik, mənəvi boşluq, özünə qapanma, insanlara nifrət etmə... və s. – nəticə depressiya, hamıya qarşı aqressiya, stress-gərginlik... Və bunları unudub mənəvi boşluğu doldurmaq üçün narkotikaya qurşanma. Cinayətə doğru sürünən izlər. Məgər hər şey sizə aydın olmadımı? İndi siz deyin belə bir anda valideynin günahı özündə yox, başqalarında axtarması nə dərəcədə doğru olar?! Problemimiz təkcə bu olsa, nə var ki?.. Ailədən sonra uşağın tərbiyəsində məktəbin də xüsusi rolu var. Nəzərə alsaq ki, bu günkü məktəblərdə də müəllim-şagird münasibəti və söhbətləri adi iki həmyaşıd dost-tanış qeybətindən fərqlənmir, dərslərin də keçirilmə səviyyəsi bərbad vəziyyətdə, o zaman heç danışmağa dəyməz. Təsəvvür edin, məktəbdə müəllim “müqəddəs borcâ€unu həyata keçirib “8 Mart†və s. bayramlar üçün pul toplayır. İndi imkanı olmayan şagird də uşaqların içində pərt olmamaq üçün məcbur qalıb, ya evdə valideynləri ilə “III Dünya müharibəsiâ€nə başlamalı, ya da başqa yola əl atmalı. Başqa yoldan da danışmağa dəyməz... Bu da bizim tərbiyəvi əhəmiyyət kəsb edən məktəblər. Necə deyərlər, evdə valideyn uşağını başından etmək üçün məktəbə qoyur, yox qovur, məktəbdə də müəllim uşaqlardan canını qurtarmaq üçün 45 dəqiqənin saniyələrini sayır. Sivil ölkələrdə isə belə deyil. Hələ uşaqları körpə yaşlarından kitaba, elmə həvəsləndirib onlarda böyük maraq oyadırlar. Hansısa dərnəklərə üzv yazılıb uşaqların əyləncəsini də təmin edirlər və ən əsası maksimum sərbəstlik. Bizlərdə isə hər şey qadağalar çərçivəsində hökmranlıq edir. “Yox bura olmazâ€, “Hələ uşaqsanâ€, ay nəbilim “filan yerə tək getmə†və s. Anlayan yoxdur ki, insanların adətən daha çox maraq göstərdiyi sahələr qadağan olunmuşlardır. Necə ki, Adəmlə Həvva qadağan olunmuş meyvəni dadmışdı... Və bir şeyi də unudurlar ki, gərək uşaq elə körpə yaşından həyatın acısını-şirinini, bərkini-boşunu hiss edib görməlidir. Axı, yaşadığımız həyat yalnız düz yoldan ibarət deyil. Yəhudilərdə elə uşaq dünyaya gələn kimi onu üzü üstə yerə qoyurlar ki, öz gücünə arxası üstə çevrilsin. Təbii ki, bu nümunələri çəkməklə özümüzküləri pisləmək niyyətim-filan yox. Heç kütləviləşdirmək fikrim də yoxdur. Əlbəttə, elə ailələrimiz var ki, bu gün çoxlarına nümunə ola bilər. Lakin təəssüf ki, barmaqla sayılacaq qədər azdır... Sağlam gələcək üçün sağlam gəncliyə böyük ehtiyacımız var. Təbii ki, heç kəs bu gün gəncliyi yalnız və yalnız “Gənclik†metrostansiyası kimi xatırlamaq istəməz də. Necə ki, xatirə dəftərlərində “Gənclik nədir†sualı elə-beləcə xatırlanır... |