www.nice.az > Maraqlı Məlumatlar > Ən nüfuzlu saytların reytinq siyahısı açıqlandı.
Ən nüfuzlu saytların reytinq siyahısı açıqlandı.28 noyabr 2010. Müəllif: punesher |
![]() “Wikipedia†onlayn-ensiklopediyanın ingilisdilli versiyası (en.wikipedia.org) “ReadWriteWeb†nəşriyyatı tərəfindən tərtib olunmuş dünyanın ən nüfuzlu saytları reytinqində ikinci ildir ki birinci yerdədir. Lent.az-ın Rabitə və İnformasiya Texnologiya Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, reytinq saytları onların bloq və sosial medialarda adlarının çəkilməsi üzrə siyahıya alan “URLFAN†servisinin təqdim etdiyi məlumatlar əsasında hazırlanır. Servis “ReadWriteWeb†tərəfindən işlənib hazırlanıb. Cədvəlin ikinci pilləsində “YouTube†video-servisi, üçüncü pilləsində isə “Flickr foto-hostinq†servisi yer alıb. Reytinq cədvəlində ilk dəfədən siyahının yeddinci yerinə yüksələ bilən “Facebook†sosial şəbəkəsi də təqdim olunub. İl ərzində ən böyük yüksəliş “Twitter†mikrobloqqinq servisinə məxsusdur. Servis 9-cu mövqedən 4-cü yerədək yüksələ bilib. Siyahıda ilk 10 yer isə bu cür bölünüb: en.wikipedia.org youtube.com flickr.com twitter.com google.com myspace.com facebook.com imdb.com nytimes.com apple.com Qeyd edək ki, “URLFAN†servisi altı milyon bloqun 300 milyarddan çox ismarıcları əsasında təxminən 4 milyondan artıq saytın populyarlığını qiymətləndirir. |