www.nice.az > Maraqlı Məlumatlar > Ailədaxili münaqişələr

Ailədaxili münaqişələr


5 iyun 2009. Müəllif: QaRa_KaPSoN
Ailədaxili münaqişələr

Ailədaxili ziddiyyətlərdən sonra qovğanın səbəbini araşdırın, həyat yoldaşınızın, uşağınızın öz hisslərini ifadə etməsinə yardımçı olun
Yanan ocağı daha da körükləmək yox, soyutmaq lazımdır. Ailə də belədir, münaqişə geniş miqyas aldıqca təkcə uşağın psixoloji durumu korlanmır, həm də bu, nəticə etibarilə ailənin dağılmasına gətirib çıxarır.
Düzdür, söz-söhbətsiz ailə yoxdur. Səbəbləri də müxtəlifdir: xəstəliklər, yorğunluq, maddi sıxıntı, ailədə çox sayda insanın bir yerdə yaşaması. Bütün bunlar ailədaxili münaqişələrə gətirib çıxaran və insanın sağlamlığına da mənfi təsir göstərən amillərdir. Odur ki, ailədaxili ziddiyyətlərdən sonra qovğanın səbəbini araşdırın, həyat yoldaşınızın, uşağınızın öz hisslərini ifadə etməsinə yardımçı olun. Bir-birinizi yaxşı anlamağa can atın, qarşı tərəfi günahlandırmağa cəhd etməyin. Qanıqaraçılığa yol açan nəsnələrdən uzaq olun. Olayları obyektiv olaraq müzakirə edib səbirlə çözüm axtarsanız, qaranlıq bir problem qalmaz. Çünki məsələni əsəbi halda həll etmək insanı haqsız duruma salır.
İstər ailədə, istərsə də həyatda baş verən olayları riyazi hesablamalara bənzətmək olar, yəni hər problemin özünün həlletmə yolu var. Bir də ki, xətalardan dərs çıxarmağı, məsələnin həllinə doğru-düzgün yanaşmağı bacarmaq ailə üçün önəmli olan əsas şərtlərdən biridir.