www.nice.az > Maraqlı Məlumatlar > Xəyal qurmaq problemlərin həllinə kömək edir

Xəyal qurmaq problemlərin həllinə kömək edir


15 may 2009. Müəllif: QaRa_KaPSoN
Xəyal qurmaq problemlərin həllinə kömək edir

Bir insanın düşüncələrə dalması beynin çətin problemlərin həllini təmin edən hissələrinin funksiyasını intensiv şəkildə yüksəldir
Kanadalı elm adamlarının apardığı araşdırmalar zamanı məlum olub ki, xəyal qurmaq beynin bir çox hissəsinin funksiyasını artırır. Araşdırmanın ən maraqlı tərəfi odur ki, bir insanın düşüncələrə dalması beynin çətin problemlərin həllini təmin edən hissələrinin funksiyasını intensiv şəkildə yüksəldir. Bu günə kimi isə həmin hissələrin fəaliyyətinin çətin məsələlər qarşısında ləngidiyi hesab olunurdu. Araşdırmanı aparan elm adamlarından biri-professor Kalina Kristof: “İnsanlar vaxtlarının üçdə birini xəyal quraraq keçirirlər. Ancaq elm həyatın bu böyük bölümünü nəzərdən qaçırıb”, - deyə bildirib.