www.nice.az > Maraqlı Məlumatlar > Hamiləlik zamanı təyyarə ilə səyahət təhlükəlidirmi?
Hamiləlik zamanı təyyarə ilə səyahət təhlükəlidirmi?6 iyun 2009. Müəllif: QaRa_KaPSoN |
![]() Hamiləlik zamanı təyyarə ilə səyahət təhlükəlidirmi? Günümüzdə həm rahatlıq həm də lazım olan yerə daha tez çata bilmək baxımından təyyarə ilə səyahət etməyə daha üstünlük veririk. Mütəxəssislər bəzi yüksək təzyiq və ya ürək xəstəlikləri kimi problemləri olan insanların təyyarə ilə səyahətinin təhlükəli ola bildiyini vurğulayırlar. Bunlarla yanaşı həmçinin hamilə qadınların da təyyarə ilə səyahət etməkləri təhlükəli ola bilərmi sualı meydana çıxır. Həkimlər təyyarə ilə səyahətin atmosfer təzyiqi və oksigen azlığının yaranması baxımından hamilə qadınlar üçün təhlükəli ola biləcəyini düşünürlər. Digər bir problem isə uçuş zamanı hamilə qadının kosmik radiasiyaya məruz qalmasıdır ki, bu körpənin sağlamlığına təsir edə bilər. Başqa sözlə desək hamilə qadınlar təyyarə ilə səyahətdən heç istifadə etməməkləri, məcbur qaldıqda isə mümkün qədər gec-gec və həkim nəzarəti altında istifadə etməkləri məsləhətdir. |