www.nice.az > Maraqlı Məlumatlar > Pesimizim haqda

Pesimizim haqda


6 iyun 2009. Müəllif: krik
Pesimizim haqda

Əslində qalib gəlmək hissi hər bir insan üçün keçərlidir.Yəni hər birimizin qalib olmaq şansımız var istənilən sahədə və mövzuda.Sadəcə özünə bir qədər inam,optimist yanaşma və ən əsası ALLAHa sevgi və inam olmalıdır..Həqiqətən də Allah hər bir əziyyətin mükafatını verir...

Amma çox təəssüf ki,bəziləri özlərinə inamlarını itirdiklərindən çox vaxt bu tip fikirlər səsləndirirlər:”Mən bu işi bacarmaram” “O qədər insanın arasında ola bilməz ki,mən seçiləm” “İnstituta hazırlaşmıram çünki bu il sənəd verən çoxdur,qəbul olmayacağımı bilirəm” “Yo,o idarəyə getməyə dəyməz onsuz da məni qəbul etməyəcəklər” “Eee..ee oxumuram,çünki onsuz da imtahandan kəsiləcəyimi bilirəm,heç kim oxumur,hamı rüşvət verir” “Nə mənası vare oxumağın onsuz da iş yoxdur”

Bəli,sizi bilmirəm amma mən bu cür düşünən insanları görəndə əsəblərimi cilovlaya bilmirəm.Psixoloqlar bu cür deyinən insanları “Pesimist” adlandırırlar.Dilimizə “bədbinlik” kimi tərcümə olunan bu süz əsasən həyatını ətalət işərisində keçirən,heç bir yeniliyə can atmayan,monoton həyat tərzi keçirən,daim ruh düşkünlüyü vəziyyətində olan insanlara aid edilir.

siz necə bədbinlik haqda nə düşünürsünüz? Həyatın mənasını yetəri qədər dərk etməyən bu şəxslərdəki mənfi enerji sizi də narahat edirmi?