www.nice.az > Maraqlı Məlumatlar > Bürclər və xarakterləri
Bürclər və xarakterləri4 iyun 2009. Müəllif: Birtanem |
![]() Bürclər və xarakterləri 21 mart -20 aprel - Qoç Bürcü Ünsürləri od, rəmzləri qoyun, rəngləri qırmızı, himayəçi planeti Marsdır. Aparıcı motivləri birincilik uğrunda mübarizə, rəmzi - görkəmi ilə insan başına uyğun gəlir... Müsbət xüsusiyyətləri - enerjili, mətin, müstəqil, qabaqda gedən, güclüdür. Mənfi xüsusiyyətləri - çılğın, tərs, özbaşına, özünəvurğun, nəyin bahasına olursa-olsun birinciliyə can atan və kobuddur. 22 aprel - 20 may - Buğa Bürcü Ünsürləri torpaq, rəmzləri öküz, rəngləri mavi və al rənglər, himayəçi planeti Zöhrədir. Aparıcı motivləri qurmaq və qorumaq, rəmzi - görkəmi ilə insan boyun və boğazını təsəvvürə gətirir... Müsbət xüsusiyyətləri - mətin, şən, dəyişməz, sədaqətli, musiqi və incəsənət pərəstişkarı, düşüncəli, əməksevər, müstəqil və təmkinlidir. Mənfi xüsusiyyətləri - zənginlik düşkünü və kef-damaq hərisi, inadcıl və ətalətlidir. 21 may - 21 iyun - Əkizlər Bürcü Ünsürü hava, rəmzi əkizlər, rəngi sarı, himayəçi planeti Merkuri Aparıcı motivi ixtiraçılıq və ünsiyyətdə olmaq, rəmzi görkəmi ilə insanın çiyinlərini, əllərini və ciyərlərini təsəvvürə gətirir. Müsbət xüsusiyyətləri -dərrakəlidir, istedadlıdır, deyilən tez anlayır və əlbəəl reaksiya verir, eyni vaxtda bir neçə işlə məşğul ola bilir, ürəyiaçıqdır. Mənfi xüsusiyyətləri - özbaşına, narahat, əsəbi, eyni vaxtda başladığı bir neçə işin hamısını ata bilər. 22 iyun - 22 iyul - Xərçəng Bürcü Ünsürü -su, rəmzi - xərçəng, rəngi - bənövşəyi, himayəçi planeti - Ay Aparıcı motivi qabaqdan xəbər vermə və tərbiyə işi, rəmzi görkəmi insan dişlərinə və sinəsinə uyğun gəlir. Müsbət xüsusiyyətləri - məsuliyyətli, ailəcanlı, müstəqil, qayğıkeş, diqqətli, ehtiyatlı, təvazökar və nəzakətlidir. Mənfi xüsusiyyətləri - şöhrətpərəst, hır şeydən şübhələnən, tənha, xəsis, qorxaq, acıdil və küsəyəndir. 23 iyul - 22 avqust - Şir Bürcü Ünsürü - od, rəmzi - şir, rəngi - narıncı, himayəçi planeti - Günəş Aparıcı motivi - hökmranlıq və yenilməzlik, rəmzi görünüşü insan qəlbinə uyğun gəlir Müsbət xüsusiyyətləri - məğrur, ləyaqətli, qəln=biaçıq, xeyirxah, əliaçıq, qonaqpərvər, məsuliyyətli və ciddidir. Mənfi xüsusiyyətləri - şöhrətpərəst, yeri oldu-olmadı özünə qarşı ehtiram tələb edən, şıltaq, xırdaçı, xudbin, israfçı və səthidir. 23 avqust - 22 sentyabr - Qız Bürcü Ünsürü - torpaq, rəmzi - qız, rəngi - boz, yaxud dəniz dalğası rəngdə, himayəçi planeti - Merkuri Aparıcı motivi - kamilləşmə, rəmzi görkəmi ilə insan bağırsaqlarını və günəş şüalarını təvvürə gətirir. Müsbət xüsusiyyətləri - Mülayim, həssa, işğüzar, fədakar, məsuliyyətli və ağıllıdır. Mənfi xüsusiyyətləri - məhdud, xırdaçı, vasvası və narahatdır. 23 sentyabr - 22 oktyabr - Tərəzi Bürcü Ünsürü -hava, rəmzi - tərəzi, rəngi - bənövşəyi, himayəçi planeti - Zöhrə Aparıcı motivi - ədalətli mühakimə yürütmək və kamilləşmək, rəmzi gökəmi ilə böyrəkləri və kürəyi təsəvvürə gətirir. Müsbət xüsusiyyətləri - suyuşirin, zərif, gözəlzövqlü, qəlbiaçıq,nəzakətli və səbrlidir. Mənfi xüsusiyyətləri - cəsarətsizdir, nəyəsə üstülük verməkdə əziyyət çəkir, tənhalığa tab gətirə bilmir, öyüd-nəsihət verməyi sevir, əhval-ruhiyyəsi gözlənilmədən dəyişir. 23 oktyabr - 21 noyabr - Əqrəb Bürcü Ünsürü - su, rəmzi - əqrəb, rəngi - tünd qırmız, himayəçi planeti - Pluton Aparıcı motivi - idarəetmə və nəzarət Müsbət xüsusiyyətləri - təmkinli və ehtiraslı, müüstəqil, mübariz və dərin intuisiyalı Mənfi xüsusiyyətləri - xudbindir, hökmranlığa meyllidir, özbaşına, amansız və qapalıdır. 22 noyabr - 21 dekabr - Oxatan Bürcü Ünsürü - od, rəmzi - kentavr, rəngi - mavi, himayəçi planeti - Yupiter Aparıcı motivi - məsləhət və rəhbərlik, rəmzi görkəmi ilə insanın qanını təsəvvürə gətirir. Müsbət xüsusiyyətləri - fəal, sərbəst, səmimi, şən. Qəlbitəmiz, dostcanlı və ədalətlidir. Mənfi xüsusiyyətləri - səbrsiz, sözü bir başa deyən, hər şeyə burnunu soxan, kayküy salan, düşüncəsiz hərəkət edən, yeri oldu-olmadı, əmr və sərəncamlar verməyi sevəndir. 22 dekabr - 19 yanvar - Oğlaq Bürcü Ünsürü - torpaq, rəmzi - dağ keçisi, rəngi - yaşıl, himayəçi planeti - Saturn Aparıcı motivi - qarşıya qoyduğu məqsədə doğru addım-addım irəliləmək, rəmzi görkəmi ilə insan dizlərini təsəvvürə gətirir. Müsbət xüsusiyyətləri - tədbirli, əməksevər, məsuliyyətli, çətinlikdən qorxmayan, hökmranlığa da, tabeçiliyə də uyğunlaşandır. Mənfi xüsusiyyətləri - məhdud, mühafizəkar, simic, bədgüman, adamayovuşmaz və xudbindir. 20 yanvar - 18 fevral - Dolça Bürcü Ünsürü -hava, rəmzi - dolça, rəngi - mavinin müxtəlif çalarları, himayəçi planeti - Uran Aparıcı motivi - həqiqəti axtarmaq, rəmzi görkəmi ilə insan baldırlarını və topuğunu təsəvvürə gətirir. Müsbət xüsusiyyətləri - müstəqil, qəlbiaçıq, vəfalı, mövhumatdan uzaq, həqiqətpərəst, sarsılmaz və humanistdir. Menfi xüsusiyyetleri - xudbin, nezaketsiz, boşboğaz, mütereddid ve mesuliyyetsizdir. 19 fevral - 20 mart - Balıqlar Bürcü Ünsürü - su, remzi - bir-birne qarşı üzen iki balıq, rengi -deniz dalğasının rengi, himayeçi planeti - Neptun Aparıcı motivi - tesviretme, remzi görkemi ile insanın dabanını tesevvüre getirir. Müsbet xüsusiyyetleri - zirek, mülayim, emosional ve hessas, dindar, xeyirxah ve qayğıkeşdir. Menfi xüsusiyyetleri - mütereddid, birterefli, bedbin, xeyalperest ve tez-tez yad tesir altına düşendir. |