www.nice.az > Maraqlı Məlumatlar > Qiyamət gününə yaxın baş verəcək hadisələr

Qiyamət gününə yaxın baş verəcək hadisələr


28 noyabr 2010. Müəllif: angel_org
Qiyamət gününə yaxın baş verəcək hadisələr



Qiyamət gününün baş verməsindən əvvəl baş verəcək bəzi hadisələr.

1.Dünyanı qatı duman bürüyəcək(Qiyamət qopmamışdan əvvəl ani olaraq qatı bir duman dünyanı zülmətə qərq edəcəkdir.Bu zaman möminlər zökəm xəstəliyinə tutulmuş adamlar kimi,kafirlər isə sərxoşlar kimi davranacaqlar).
* * *
2.Yerdən Dabbətülərz çıxacaq(Dabbətülərz adlı heyvan yerdən çıxıb insanları dilə tutacaq,Allahın ehkamlarına inanmamağa onları çaqıacaqdır.Bu hadisə qiyamət qopmasının başlıca əlamətlərindən biridir).
* * *
3.Dəccal peyda olacaq(Dəccal adında hiyləgər bir şəxs peyda olub Tanrılıq iddiasına düşəcək.Peyğəmbərimiz buyurmuşdur;”Adəmin(ə) yarandıqı vaxtdan etibarən qiyamət gününə qədər Dəccalın şərindən böyük bir fitnə olmamışdır”
* * *
4.Yəcuc ilə Məcuc olacaq(Yəcuc ilə Məcuc adlı iki qəbilə zühür edib insanları haqq yolunan azdırmağa çalışacaqlar)
* * *
5.Günəş Qərb tərəfdən doğacaq(Qiyamət qopmazdan əvvəl günəş bir müddət qərbdən çıxacaqdır ki,bu da Qiyamət vatının çatdıqını bildirən mühüm əlamətdir).
* * *
6.Həzrət İsa Səmadan yerə enəcək(Qiyamət qopmazdan əvvəl İsa yer üzərinə enəcək və Peyğəmbərimizin (s.ə.s) şəriətinə əməl edib,insanları haqq yoluna səsləyəcəkdir).