www.nice.az > Maraqlı Məlumatlar > Vicdan...
Vicdan...5 dekabr 2010. Müəllif: you_lost_me |
Böyük bir qayanın üstündə oturub gözünü dibsiz dərəyə dikmişdi. Adama elə gəlirdi ki,gurultuyla qayalara dəyib qayıdan dənizlə danışır,amma o dəniz yox,öz VİCDANı ilə danışırdı. Artıq illər olmuşdu qarşılaşmadıqları, bax belə üz-üzə oturub danışmadıqları. Əslində o, VİCDANınnan qaçmışdı. Ya da onu tamam yaddan çıxarmışdı. Bu gün isə qarşılaşdılar. Əvvəlcə qaçmağa cəhd elədi,amma alınmadı. Çünki qaçmağa nə yeri, nədə vaxtı varıdı. Yaxasından tutub onu bu dibsizliyə, kimsəsizliyə gətirmişdi. Bir-bir yadına salırdı keçmişi. VİCDAN danışdıqca onun gözündə kino lenti kimi canlanırdı. Kənddə doğulmuşdu. Ailələri tipik sovet, kəndli ailəsiydi. Böyük uşaqdı və 2 bacısı vardı. Univerisitetə girməyi hələdə yadındadı. Zarafat deyile. O boyda hüqüq fakultəsinə girmişdi. Bir şadyanalıq vardıki. Atası 1 illik qazancını, anası azda olsa aldığı əlillik pensiyasinı cibinə qoyub onu Bakıya yola saldı. Bəlkədə bu günəcən xoşbəxtlik saydığı, əslində bədbəxtliyi olan gələcəyinin təməli o gün qoyuldu. İllər keçdi amma necə. Onunçun sadəcə əyləncə oldu. Ailəsi minbir əziyyətə düşdü. 2ci dəfə univeristetdən qovulmaq üzrə olduğunda atasının ürəyi tab gətirmədi. Anasi olan qalanı satıb yenə qurtardı. Təyinatı elə Bakıya cıxdı. Prokuror köməkçisi. Artıq adının sonunda muəllim sözü tez tez işlənməyə başladı. Nə bir tərəfi iflic olmuş ana, nədə biri boşanıb qayıtmış bacıları yada düşürdü. Kəndə axırıncı gedişi yadınnan çixmışdı… Daha sonra prokuror, daha sonra respublika prokuroru köməkçisi vəzifəsinəcən yüksəldi. 3 dəfə evlənib boşanmışdı. Hərəsinnən 2 uşağı vardı. Nə arvadları nədə uşaqları kəndin yolun, anasının üzün tanımırdılar… VİCDAN bunları elə kəskin, elə soyuq danışırdı ki bədəninnən soyuq tərlər axırdı. Bu illərdə nələr eləməmişdi. Rüşvət alıb buraxdığı, pulnan adam tapıb günahsız yerə həbs elətdirdiyi o qədər adam vardıki. Bir ananın səsi qulaqlarını cingildədirdi: “görüm balalarınnan görəsənâ€. 6 ay keçmədi. Böyük oğlunu namus üstə tikə tikə doğradılar. Dərs olmadı. Hərdən özü haqqında “Allah niyə bunlara göz yumur†sözlərin eşidəndə kinayəynən gülümsünürdü: “hanı Allah?â€. Indi hiss eləyirdi Allah hanı. Amma keçmiş ola. VİCDANın onu silkələməyinə oyandı. Yaxasınnan yapışıb qaldırıb yerə çırpdı. Niyə axı? Niyə? Bütün bunlar olmayada bilərdi. Yenə daldı. 52 yaşında rüşvət üstündə işdən qərarla qovuldu. Artıq qaldığı evin yanındakı dayanacağa gözətçidə götürməzdilər. Tuturdular. Əlindəki nəyi varsa satıb verdi. Ruşvətnən qazanılan rüşvətə getdi. 3 oğlunnan biri öldü, biri narkotika alveri üstündə tutuldu. Balacasıda Belçikaya oxumaq adıynan getdi sonra nə sağ nədə ölü xəbəri gəldi. 3 qızını hec biri xoşbəxt ailə qura bilmədi. Sonuncu arvadı 2 ildən sonra evdən qovdu. Əlində qalan sadəcə cırılıb sallanan kostyumu, illərdən bəri üstündə gəzdirdiyi, atasının univerisitetə girdiyi üçün aldığı hədiyyə - doldurma qələmiydi. Bunnan 2 gün əvvəl bir kəndçisin görmüşdü vağzalda. Tanımamışdı bunu. Dolayı yolnan anasın, bacıların soruşmuşdu. Anası öləli çox olmuşdu. Böyük bacısı 2ci dəfə Türkiyəyə ərə getmişdi. Balacada kənddə yaşayırdı. Səfilliy içərisində. Bu dərviş libasına oxşar geyimdə zibilliklərdən çörək yığarkən tutmuşdu onu VICDAN. Allah. Axı niyə? “bütün bunların səbəbi sənsən!†ildırım kimi çaxdı bu sözlər başında. VİCDAN yerə oturdu. “Əslində məndə günahkaram. Hətta o qədər günahkaram ki, mən belə ozümlə qarşılaşa bilmirəm. Mən vaxtında sənin qabağıva cıxıb ən azınnan çəkindirə bilərdim. Bu rahat yaşamaq mənidə özümnən yayındırdı. Sən qaçmasaydın mənnən bəlkədə bütün bunlar heç olmaz, hər şey çox daha yaxşı olardıâ€. “Anan otagında günlərcə tək yatarkən sən məclislərdə anaların sağlığına içəndə çıxmalıydım qarşınaâ€, “dost dediyin adamın üstünə şər atıb tutdurub qadınına göz tikəndə çıxmalıydım qarşına†VİCDAN ayağa durdu. Onun bu qədər böyük olduğunun indi fərqinə vardı. Sanki bütün göy üzünü tutmuşdu. “eşidirsən?†indi başa düşdü. Bu dalğa gurultusu deyildiki. Qatmaqarışıq insan səsləriydi. “oğul hardasan?â€, “balanın ehsanına qismət olsunâ€, “evin yıxılsınâ€, “prokuror anasıdıye, gününə baxâ€... birdən dəhşətli göy gurultusu eşitdi. Yox. Bu göy gurultusu deyildi. VİCDANının çəkdiyi iniltiydi. O sonuncu dəfə dəhşət, nifrət, acı, peşmanlıq dolu baxışla ona baxdı. Və öz günahını özü ödədi.Qayalara dəyib parçalanan VİCDANı qarışıq səslərə qarışıb əridi. VICDANı intihar etmişdi. Daha sonra onsuz da illər əvvəl sönmüş ruhu bədənini tərk elədi. Bir gün sonra balıqçılar tapdılar cəsədini. İllərdən bəri üstündə gəzdirdiyi doldurma qələmi yarıyacan ürəyinə sancılmış vəziyyətdə... O dəyişdi...Vicdansızlıq məhv elədi həyatını.Düşünmədi özündən başqa heç kimi... Bu da sonda onun haqqı:Kimsəsiz,unudulmuş,vicdanıyla qarşı-qarşıya duran zaman gələn dəhşətli bir ÖLÜM... |