www.nice.az > Maraqlı Məlumatlar > "18 uşağımız var, yenə istəyirik"
"18 uşağımız var, yenə istəyirik"12 noyabr 2010. Müəllif: NiXaTo |
![]() ABŞ-da bu ailəni tanımayan az insan var. Tennesi ştatında yaşayan Cil və Kelli Beytsin 18 uşağı var. Ötən ay 18-ci övladın dünyaya gəldiyi ailəsi ilə fəxr etdiyini deyən ata Cil «sakitləşmək» niyyətində deyil. O, daha bir uşaq istəyir. «Məqsədim heç də ölkəmizdə ən çoxuşaqlı ailə sayılan, 19 övladla hamını qabaqlamış arkanzaslı Duqqar ailəsini geridə qoymaq deyil. Əsla! 18 uşağım olduğuna görə hər gün Tanrıma şükür edirəm, çünki bu, mənimlə Kelliyə ən böyük hədiyyə, gözəl lütfdür. Tanrı icazə verərsə, ailəmizdə bundan sonra hələ çox uşaq olacaq», - 45 yaşlı xarrat Cil deyib. Elli, Adel, İsayya, Uorden, Cekson, Keyti, Cosi, Karlin, Treysi, Tori, Glissa, Natan, Louson, Erin, Mikaella, Cədson-Uayt, Cill və Kali-Annanın böyüdüyü ailə mömin xristianlıq adət-ənənələri əsasında yaşayır. Bu uşaqların anası, 43 yaşlı Kelli övladlarını çox sevdiyini, ailədə dünyaya gələn hər uşağın onlara əlavə sevinc verdiyini söyləyir. 22 il ailə həyatı qurmuş Cil və Kellinin ailəsində hər il bir uşaq dünyaya gəlir. Onların övladlarından ən böyüyü Zak 21 yaşlı, Cədson Uayt isə bir aylıqdır, «Masa arxasında yeməyə oturanda sanki ziyafət məclisindəyik. Masanın o başında uşaqlarımın nə danışdığını bəzən eşidə bilmirəm, çünki 20 nəfərin əyləşdiyi yerdə diqqəti cəmləmək asan deyil», - ata Cil gülərək söyləyir. Böyük ailənin yaşadığı binada 5 yataq otağı, 8 vanna otağı, 2 mətbəx, nəhəng qonaq otağı, uşaq və dərs otaqları var. Ağac emalı şirkətinin sahibi olan Cil böyük oğulları ilə birlikdə çalışır. Ana Kelli isə evdar xanımdır. Kelli deyir: «Bizdə səhər yeməyi hazırlamaq asan iş deyil. Ailəm üçün hər səhər 48 yumurta, 4 paket bekon, 40 bulka və 8 çörəkdən də istifadə olunmuş yemək masası açıram. Səhərlər adətən 40-50 fincan çay içilir». ![]() ![]() ![]() ![]() |