www.nice.az > Maraqlı Məlumatlar > Hansı Bürc harada yaşaya bilər?

Hansı Bürc harada yaşaya bilər?


11 noyabr 2010. Müəllif: HiTMaN
Hansı Bürc harada yaşaya bilər?

Qoç

İsti iqlimə malik şəhərlərdə yaşaya bilərlər. Yaşayacaqları bölgədə açıq hava idmanı üçün müvafiq olsa daha yaxşı olar. Rütubət səviyyəsi yüksək olan yerlərdə xəstələnə bilərlər. Bu bürcün insanları üçün İrlandiya, Çili, Kenya, Malaziya, Sinqapur, Yunanıstan və Meksika daha uyğundur

Buğa

Buğalar dəyişiklikləri o qədər də xoşlamırlar. Yer dəyişmədən öncə yaxşı düşünməlidirlər. Bitki örtüyü və suyun bol olduğu iqlimdə, rütubətli şəhərlər onlar üçün uyğundur. Argentina, Cənubi Afrika, NorveçYaponiya ya gedə bilərlər

Əkizlər

Əkizlər meqalapolis insanlarıdırlar. Darıxdırıcı olmayan şəhərlərə üstünlük verməlidirlər. Məsələn, İslandiya, Misir, Norveç, İtaliya, BraziliyaFinlandiya

Xərçəng

Onlar özlərini harada təhlükəsiz hiss etsələr orada xoşbəxt olurlar. Yaşadıqları yerləri o qədər də çox dəyişdirmirlər. Adaptasiya və öyrəşmək qabiliyyətləri var. Baham adaları, Filippin, Rumıniya və ABŞ onlara xoşbəxtlik bəxş edə biləcək ölkələrdir.

Şir

Şirlər lüks və rahat yerləri sevir. Yüksək rütubətli yerlər sağlamlıqları üçün təhlükəlidir. İtaliya, Hollandiya, İsveçrə, Almaniya kimi ölkələrdə yaşamaq daha yaxşı olar

Qız

Qızlar adətən doğulduqları yerlərdən daha uzaqda yaşamaq istəyirlər. İtaliyaFransa dan başqa, bütün Avropa ölkələrinə rahatlıqla gedə bilərlər. Əsasən İngiltərə də daha xoşbəxt ola bilərlər.

Tərəzi

Bu bürc üçün coğrafiyadan daha çox orada yaşayan insanlar önəmlidir. Böyük şəhərlər, meqalapolislər tərəziləri xoşbəxt edir. Çin, Malaziya, RusiyaSinqapur da onlar üçün daha münasibdir.

Əqrəb

Maraqlı yerləri sevirlər. Qorxmadan bütün mühitlərdə yaşaya bilən xüsusiyyətə sahibdirlər. Dənizin və su hövzəsinin olmadığı yerlərdə özlərini xoşbəxt hiss etmirlər. Cənubi Afrika, Hindistan, Macarıstan, AvstriyaYaponiya onların marağına səbəb ola bilər.

Oxatan

Azadlığı sevən insanlar olan əqrəblərə gəmidə, isti, yüksək binalarda, yaşıl sahəsi çox olan şəhərlərdə yaşamaq tövsiyə edilir. Adalar isə onlar üçün əvəzedilməzdir. Avstriya, Finlandiya, Amerika, İsveçPeru onların ruhlarına xitab edir.

Oğlaq

Təbiəti, vəhşi heyvanları sevirlər. Dağ mənzərəli şəhərlərdə olan evlər onlar üçündür. Venesuela, Rumıniya, Avstraliya, Yeni Zellandiya, əl dəyməmiş təbiəti, dağları olan ölkələr onlar üçündür.

Dolça

Orijinal və elmin mərkəzi olan şəhərləri çox sevirlər. Onlar insan olan hər yerdə rahat yaşaya bilərlər.
Amerika, İsveçrə, Norveç, İsveçAvstraliya onların ölkəsidir.

Balıq

Xoş niyyətli olduqları üçün hər yerə asanlıqla öyrəşə bilərlər. Yaşayış yeri su kənarında olsa daha yaxşı olar. Böyük şəhərlərdə o qədər də rahat olmular. Tibet, Hindistan və Şarm Əl-Şeyx də istirahət, yaşayış onlar üçündür