www.nice.az > Maraqlı Məlumatlar > Eyni bürcün kişiləri və qadınları arasındakı fərqlər
Eyni bürcün kişiləri və qadınları arasındakı fərqlər4 noyabr 2010. Müəllif: krik |
QOÇ Kişi Enerjili insanlardır, macərapərəstdirlər. İdmanı çox sevirlər. Onların həyatlarında sevginin önəmi həddindən artıq böyükdür. Qadın Cazibədar və ağıllı olurlar. Qısqancdırlar. Azadlıqlarını heç nə ilə əvəz etməyi sevmirlər. Eqoist olurlar. Dünyanın onların ətrafında dövr etdiyini düşünürlər. BUĞA Kişi Əzimli insanlardırlar. Sadiq dost, yaxşı həyat yoldaşı və şəfqətli atadırlar. İşləməkdən heç vaxt yorulmazlar. Çox gözəl iştahları var. Qadın Onların həyata baxışı belədir: "gerçək olan gözəldir, gözəl olan gerçəkdir". İllərlə kin saxlaya bilərlər. Hamı ilə asanlıqla ünsiyyət yarada bilər. Təbiəti çox sevirlər. ƏKİZLƏR Kişi İntelektualdırlar. İnsanlarla asanlıqla ünsiyyət qururlar. Ev həyatı onlara görə deyil. Məsuliyyət altına girməyi xoşlamırlar. Gələcəklə bağlı qərarlar vermək onlara görə deyil. Qadın Demək olar ki, daima hərəkətdədirlər. Yalnızlıqdan xoşlanmırlar. İnsanları yaxşı təhlil edə bilirlər. Pula çox böyük önəm verirlər. Tənqiddən heç xoşlanmırlar. XƏRÇƏNG Kişi Son dərəcə həssas və ürəyi yumşaqdır. Bəzən müdhiş dərəcədə qısqanc ola bilər. Bu bürcün kişiləri analarına həddindən artıq bağlıdırlar. Mükəmməl ata olurlar. Suyu, dənizi çox sevirlər. Qadınlar; Ürəyi tez sınır. Dedi-qodunu sevirlər. Anaları, ataları, ailələri üçün canlarından belə keçə bilərlər. Maddi cəhətdən güclü olan kişilər onları özlərini güvəndə hiss etməyə kömək edir. ŞİR Kişi İncə qəlblidirlər. Cəlbedicidir. Şirlər evlərinə, ailələrinə çox bağlıdırlar. Amma bir gözləri həmişə kənarda olur. Şir kişilər sanki ata olmaq üçün yaradılıblar. Qadın Hər zaman baxımlı, zərif və diqqətcildir. Çox yaxşı zəkaya sahibdirlər. Gecə həyatını, azadlığı sevirlər. Özünə güvəni hədsizdir. QIZ Kişi Mərd və işgüzardır. Heç kimi yarı yolda qoymağı sevmir və qoymur. Amma təmizlik xəstəsidir. Sevmək üçün mütləq güvənməlidirlər. Qadın Səssiz, sakit və dürüstdür. Bir az inadkar olur. İntellektual və güclü kişiləri sevirlər. Mükəmməl həyat yoldaşı və ana olurlar. TƏRƏZİ Kişilər Qadın ruhunu çox yaxşı anlayırlar. Gözəl, ağıllı qadınları sevirlər. Gözəl danışmaqda ustadırlar. Gecə həyatını çox sevirlər. Çox ədalətli olurlar. Bu bürcün kişilərindən yaxşı hüquq işçisi çıxar. Qadın Onlar üçün sevgi hər şeydən üstündür. Uşaqlara xas bəzi xasiyyətləri var. Təhsilə çox böyük önəm verirlər. Onlar üçün hər şeyin yerli-yerində olması vacibdir. Uşaqları çox sevirlər. ƏQRƏB Kişi Çox həssas insanlardır. Çox qısqanc olurlar. Heç vaxt ailəsini diqqətdən kənarda qoymur. Pulu çox sevirlər. Qadın Sirr saxlamağı yaxşı bilər. Sevdiyi kişi üçün hər şey etməyə hazırdır. Çox sadiq insanlardır. OXATAN Kişi İdmançı, filosof və məcərapərəstdirlər. Hazırcavabdırlar. Yeni işə, münasibətlərə başlamaqdan çəkinirlər. Çox vaxt uşaq kimi davranışlar nümayiş etdirirlər. İdealist, romantik kişilərdir. Qadın Diqqət çəkməyi sevirlər. Ən böyük xəyalları gəzmək, başqa ölkələri görməkdir. Çalışqandırlar. Çox fəal sosial həyatları olur. OĞLAQ Kişi Bir anlıq arzularının qurbanı olmurlar. İdarəedici insanlardır. Həssas, qəlbi sevgi doludur. Çox dürüst olurlar. Qadın Çox güclü və qürurludurlar. Qərar verməyi bacarırlar. Azadlığı sevir. Hədindən artıq çox inadçıdır. DOLÇA Kişi Bu bürcün kişilərinin yanında darıxmaq mümkün deyil. Adətən gec evlənirlər. Monoton insanlar deyillər. Uşaqlarla yaxşı dost olurlar. Qadın Azadlıqlarına çox qiymət verirlər. Çox ağıllı və bacarıqlı olurlar. Duyğularına təslim olmur. Yüz ölçüb, bir biçirlər. BALIQ Kişilər Ən çox cəlb edən yer gözləridir. Çox gözəl sevgili olurlar. Çox düşüncəlidirlər. Xəyyallarındakı qadını tapmaq üçün xeyli gəzib görməlidirilər. Qadın Əhval ruhiyyələri sürətlə dəyişir. Çox zövqlüdürlər. Dostcanlı və nəşəli insanlardırlar. Özlərinə qulluq etməyi, gözəl görünməyi çox sevirlər. Sənətə hamıdan daha yaxın olurlar. |