www.nice.az > Maraqlı Məlumatlar > Parlaq saçların sirri!

Parlaq saçların sirri!


16 oktyabr 2010. Müəllif: krik
Parlaq saçların sirri!

Saçlarınızın solğun və baxımsız görünməsindən narahatmı olursunuz?

Alma sirkəsi hər dərdə dərmandır. Sağlamlıq və gözəllik üçün mətbəxlərin olmazsa olmazıdır. Alma sirkəsi saç tellərinin güclənməsini təmin edərkən, saç dərisindəki məsamələrin açılıb nəfəs almasına da köməkçi olur. Saç rənginə parlaqlıq verən alma sirkəsi, kəpək probleminin ortadan qaldırılması üçün də təsirli bir üsuldur. Mütəxəssislər parlaq saçlar üçün sirkə maskasını təklif edir.

Vəsaitlər: 1 çay stəkanı alma sirkəsi, 2 litr ilıq su.

Hazırlanması və tətbiqi:
Alma sirkəsi və suyu qarışdırın. Saçlarınız quruykən qarışığı saç uclarına və diblərinə yedirin.
30 dəqiqə gözləyin. Müddətin sonunda saç növünüzə uyğun şampunla yuyub yaxşıca durulayın.
Alma sirkəsi maskasını həftədə bir dəfə tətbiq edə bilərsiniz.
Əgər istəsəniz duş əsnasında saçlarınızı yuduqdan sonra saç kremi kimi saç uclarına alma sirkəsi sürüb 15 dəqiqə gözlədib durulaya bilərsiniz.