www.nice.az > Maraqlı Məlumatlar > Yarım saat ölü olmaq üçün 160 dollar

Yarım saat ölü olmaq üçün 160 dollar


7 oktyabr 2010. Müəllif: krik
Yarım saat ölü olmaq üçün 160 dollar

Rusiyalı həkim dünyanın ən böyük problemlərindən olan stressə özünəməxsus həll variantı tapıb. Konstantin Muhin adlı həkim sadəcə 30 dəqiqəlik məzara girməyin bütün stressi yox etdiyini iddia edir. Artıq bir neçə ildir ki, həyata keçirilən terapiya zamanı stressdə olan insan diri-diri məzara qoyulur. Dəfn edilməyin psixoloji problemlər ilə ən təsirli mübarizə yolu olduğunu deyən həkim "qəbrdə insan heç bir şey eşitmir və heç nə görmür", deyə bildirib.

K. Muhinin sözlərinə görə, bu qədər dar yerdə insanın heç hərəkət etmək imkanı da olmur: "Onun dərin fikrə gedərək düşünməkdən başqa çarəsi qalmır. 30 dəqiqəlik terapiyadan sonra insan stressə qarşı daha güclü olur. Bu günə qədər aparılan təcrübələrdə 100 faizlik uğur əldə edilib".

Terapiya zamanı yerin altında məzarda maksimum 40 dəqiqə qalmağa icazə verilir. Məzar 30 sm dərinliyində qazılır. Qəbirdə olan insan xüsusi boru vasitəsilə nəfəs alır. Bu müalicə üsulunun qiyməti isə 160 dollardır.