www.nice.az > Maraqlı Məlumatlar > Üç göyərçinin hekayəsi
Üç göyərçinin hekayəsi6 oktyabr 2010. Müəllif: GHoSTMaN |
![]() Tanrı bir gün Peyğəmbərə bir sandıq hədiyyə edir və deyir ki: - Bu sandığı Sənə əmanət edirəm amma, nəbadə ki, içini açıb baxasan... Yaxşı deyir Peyğəmbər. Üstündən xeyli zaman keçir və Peyğəmbər bir marağa düşür görəsən sandıqda nə var? İçi-içini yeyir. Sonunda dayana bilmir və sandığı bir az aralayıb içine baxır, amma sandığı açan kimi içindən bir sarı göyərçin və bir mavi göyərçin uçur. Peyğəmbər son hücumla sandığı bağlayır və içində tək bir ağ göyərçin qalır. Və Tanrı yanına gəlir, Peyğəmbər etdiyi günahın fərqindədir, xəcalətlidir. Tanrı belə deyir, uçurtduğun o sarı göyərçin insan üçün sonsuza qədər qalıcılıq idi yəni "ÖLÜMSÜZLÜK"dü. Uçurtduğun o mavi göyərçin sonsuza qədər xoşbəxtlik yəni "BARIŞ" idi. Yaxşı deyir Peyğəmbər içinde qalan ağ göyərçin nədir? Tanri cavab verir. - O da sonsuza qədər "ÜMİD"dir. Ümidlərinizin uçup getməməsi diləyi ilə |