www.nice.az > Maraqlı Məlumatlar > Yaşadıqca öyrənirik...
Yaşadıqca öyrənirik...1 oktyabr 2010. Müəllif: GHoSTMaN |
5 YAŞ: Ana və atamın bir-birlərinə qışqırmalarının məni nə qədər qorxutduğunu öyrənirik. 7 YAŞ: İçki içərkən gülsəm içdiyimin burnumdan gələcəyini öyrənirik. 12 YAŞ: Bir şeyin dəyərini anlamanın ən yaxşı yolunun bir müddət ondan məhrum qalmaq olduğunu öyrənirik. 13 YAŞ: Anamla atamın əl-ələ tutmalarının və qucaqlaşmalarının məni daim xoşbəxt etdiyini öyrənirik. 15 YAŞ: Bəzən heyvanların ürəyimi insanlardan daha çox istilətdiyini öyrənirik. 18 YAŞ: İlk gənclik illərimin kədər, qarışıqlıq, iztirab və eşqdən ibarət olduğunu öyrənirik. 24 YAŞ: Sevginin ürəyimi qıra biləcəyini amma buna dəyər olduğunu öyrənirik. 33 YAŞ: Bir yoldaşı itirmənin ən kəsə yolunun ona borc pul vermək olduğunu öyrənirik. 36 YAŞ: Əhəmiyyətli olanın başqalarının mənim üçün nə düşündükləri deyil, mənim öz haqqımda nə düşündüyüm olduğunu öyrənirik. 38 YAŞ: Həyat yoldaşımın məni hələ sevdiyini, qabda iki alma qaldığında kiçiyini götürməsindən anlaya biləcəyimi öyrənirik. 41 YAŞ: Bir insanın özünə olan güvəninin, müvəffəqiyyətini böyük nisbətdə təyin etdiyini öyrənirik. 44 YAŞ: Anamın məni görməkdən hər səfərində sonsuz xoşbəxt olduğunu öyrənirik. 46 YAŞ: Yalnız kiçik bir kart göndərərək belə birinin könülünü işıqlandıra biləcəyimi öyrənirik. 49 YAŞ: Hər hansı bir işi etdiyimdən daha yaxşı etməyə çalışdığımda, o işin yaradıcılığa çevrildiyini öyrənirik. 50 YAŞ: Sevgi, evdə çıxarılmamışsa, başqa yerdə öyrənmənin çox güc olabiləcəyini öyrənirik. 53 YAŞ: İnsanların mənə, icazə verdiyim şəkildə davrandıqlarını öyrənirik. 55 YAŞ: Kiçik qərarları ağlımla, böyük qərarları isə ürəyimlə almaq lazım olduğunu öyrənirik. 64 YAŞ: Xoşbəxtliyin ətir kimi olduğunu, özümə vurmadan başqalarına verə bilməyəcəyimi öyrənirik. 70 YAŞ: Yaxşı ürəkli və mehriban olmanın, mükəmməl olmaqdan daha yaxşı olduğunu öyrənirik. 82 YAŞ: Sancılar içində qıvransam belə başqalarına başağrısı olmamam lazım olduğunu öyrənirik. 90 YAŞ: Kiminlə evlənəcəyin qərarının həyatda verilən ən əhəmiyyətli qərar olduğunu öyrənirik. 95 YAŞ: Öyrənməm lazım olan daha xeyli çox şeylər olduğunu öyrənirik... ***** Əziz Userlər, Həyat sizə nələri öyrətdi və nələri gələcəkdə öyrədə biləcək ? |