www.nice.az > Maraqlı Məlumatlar > Ən çirkli yer lift düyməsidir
Ən çirkli yer lift düyməsidir26 sentyabr 2010. Müəllif: krik |
![]() Ən çirkli yer lift düyməsidir. Liftin düyməsində ayaqyolundan çox bakteriya var Liftin düymələri ayaqyolundan daha çirklidir. "Daily Mail"da yer alan məlumata görə, Ariza Universiteti üçün aparılan araşdırmada otellər, restoranlar, banklar və hava limanlarının liftlərində tədqiqat aparılıb. Sən demə, bu kiçik düymənin 1 kvadrat santimetrində 313 top bakteriya yaşayır. Ayaqyolunda isə bu say 8-dir. Araşdırma aparan mütəxəssislərin sözlərinə görə, liftin düymələrinə hər gün yüzlərlə müxtəlif insanın əli dəyir. Professor Nikolas Mun düymələrin hər gün təmizlənəcəyi təqdirdə belə burada yeni bakteriyalar yaranması potensialının çox yüksək olduğunu bildirib. Qeyd edək ki, daha öncə aparılan araşdırmalarda da zənn edildiyi kimi ən çox bakteriyalı yerin ayaqyolu olmadığı ortaya çıxmışdı. Belə ki, iş masasında 400 dəfə, kompüterin klaviaturasında isə 4 dəfə daha çox bakteriya olduğu müəyyən edilmişdi. |