www.nice.az > Maraqlı Məlumatlar > Rəngli qalstuklar haqqında

Rəngli qalstuklar haqqında


15 sentyabr 2010. Müəllif: Muslim_Girl
Rəngli qalstuklar haqqında


Belə hesab olunur ki, qalstukun rəngi və onun üzərindəki naxışlar həmin aksesuarın sahibi haqqında nəsə demək iqtidarındadır.
Statistikaya görə, tanınmış iş adamlarının 50-100 ə qədər qalstuku olur.

Maraqlı və keyfiyyətli nümunələrin qiyməti 50-200 dollar, hətta daha baha da ola bilər.

İndiyədək qalstuk üçün ən qiymətli parça ipək hesab olunur.

• Nöqtə şəklində ornamentləri olan qalstuk onun sahibinin konservator, çox ciddi adam olmasından xəbər verir.

• Zolaqlı naxışlara malik qalstuku qanunsevər, həm işdə həm də dostluqda möhkəm olan insanlar taxır.

• Qalstuk üzərindəki kvadrat və romblar onun sahibinin sadəlövhlüyündən xəbər verir.

• Qalstuk üzərindəki dairələr isə sahibinin professionallığından xəbər verir.

• Mavi rəng – həmin insanın konkret prinsiplərə malik olması və hökmranlığına işarə edir.

• Göy – “ona tamamılə inanmaq olar” cümləsini bu rəngdə qalstuk taxan adam haqqında işlətmək olar.

• Çəhrayı – yüksək emosionallığın əlamətidir.

• Qırmızı – bu rəngi inadkar insanlar sevir.

• Yaşıl – dəqiqlik nişanəsidir

• Ağ – sahibi haqqında heç nə demir.

• Qalstukların güllərlə işlənmişini romantik, ürəyiyumşaq insanlar taxırlar.