www.nice.az > Maraqlı Məlumatlar > Qorxu
Qorxu10 sentyabr 2010. Müəllif: GHoSTMaN |
![]() Özünü reallaşdıran Qorxu Bu Nick adında bir dəmiryolu işçisinin əhvalatı. Nick, güclü, sağlam bir işçidir. Yoldaşlarıyla əlaqəsi çox yaxşıdır və işini yaxşı edən etibarlı bir insan. Amma pessimist biri, hər şeyin pisini gözləyər və başına pis şeylər gələcəyindən qorxar. Bir yaz günü, işlədiyi yerdə qatar işçiləri bir ad günü səbəbiylə bir saat əvvəldən sərbəst buraxılarlar. Təmir üçün gəlmiş olan və manevr sahəsində olan bir soyuducu vaqonun içinə girən Nick, yanlışlıkla içəridən qapını bağlayar, özünü soyuducu vaqona qıfıllayar.. Digər işçilər Nickin onlardan əvvəl çıxdığını düşünər. Nick qapını təpiklər, qışqırar, amma kimsə eşitməz, eşidənlər də bu cür səslərin davamlı gəldiyi bir mühitdə olduğu üçün ehəmiyyət verməzlər. Nick burada donaraq öləcəyində qorxmağa başlar. Əgər buradan çıxmazsam, burada donub qalacağam deyə düşünməyə başlar. İçəridə yarısı cırılmış bir karton qutunun içinə girər. Titrəməyə başlar. Əlinə keçirdiyi bir kağıza arvadına və ailəsinə son düşündüklərini yazar: Çox soyuq, bədənim hissizləşməyə başladı. Bunlar mənim son sözlərimdi – deyə yazır. Səhəri gün soyuducu vaqonun qapısını açan işçilər, Nickin donmuş bədənini taparlar. Üzərində edilən yarılma, onun donaraq öldüyünü göstərməkdədir. Lakin bu hadisəni fövqəladə edən, soyuducu vaqonun soyutma mühərrikinin xarab və işləməməsi idi. Vaqonun içindəki istilik 18 C idi və vaqonda bol hava vardı. Nickin qorxusu, özünü reallaşdırmışdı. |