www.nice.az > Maraqlı Məlumatlar > İnternetdə sevgi və yalan

İnternetdə sevgi və yalan


5 sentyabr 2010. Müəllif: krik
İnternetdə sevgi və yalan

Yerli mətbuatın yazdığına görə, alimlərin araşdırmaları İnternetdəki tanışlıq saytlarında qeydiyyatdan keçən insanların əksəriyyətinin yalançılıq etdiyini müəyyənləşdirib. Sən demə, belə insaların çoxu anketində boyu və çəkisilə bağlı məlumatları səhv göstərir. Yaşını yanlış yazanlara da çox rast gəlinir.
Araşdırma nəticəsində məlum olub ki, tanışlıq saytında qeydiyyatdan keçmiş kişilərin 52,6, qadınların isə 39%-i boyunu səhv göstərdiyini etiraf edib. Çəkidə yalançılıq edənlər isə qadınlar arasında 64,1, kişilərdə 60,5%-dir. Eyni zamanda, şəbəkədəki kişilərin 24,3, qadınların isə 13,1%-i yaşlarını gizlədirlər.