www.nice.az > Maraqlı Məlumatlar > Qız doğuldu 5 həftə sonra Oğlan oldu
Qız doğuldu 5 həftə sonra Oğlan oldu8 sentyabr 2010. Müəllif: GHoSTMaN |
![]() Qız doğuldu 5 həftə sonra oğlan oldu İngiltərədə bir ailə qızlarının oğlan olduğunu doğumdan 5 həftə sonra öyrəndi. Claire və Andrew Robson cütünün körpələri vaxtından tez doğum səbəbiylə balonda saxlanılırdı. Həkimlər ailəyə körpənin qız olduğunu söylədi, cüt də bu xəbəri hər kəsə yaydı. Ancaq həkimlər 5 həftə sonra ailəyə körpənin əslində oğlan olduğunu söylədi. Vaxtından tez doğan körpənin cinsi orqanı kifayət qədər inkişaf etmədiyi üçün cinsiyyəti doğru təyin oluna bilməmişdi. İndi bu xəbərə alışmağa çalışan cüt yaxınlarına vəziyyəti necə açıqlayacaqlarını düşündüklərini söylədilər. Robson cütü Olivia adını verdikləri körpələrinin oğlan olduğunu öyrənincə adını Dylan olaraq dəyişdirdi. |