www.nice.az > Maraqlı Məlumatlar > Uşağın Cinsiyyəti Kimdən Aslıdır?

Uşağın Cinsiyyəti Kimdən Aslıdır?


25 avqust 2010. Müəllif: VAZ_2107
Uşağın Cinsiyyəti Kimdən Aslıdır?

Uşağın cinsiyeti kimden asılidır???

Yaxın vaxtlara qədər insanlar belə hesab edirdilər ki, uşağın cinsiyyətini ya ana hüceyrələri, ya da ən azı ana ilə atadan gələn hüceyrələr birlikdə müəyyənləşdirir.

Ancaq Quranda bu mövzuda fərqli məlumat verilmiş, erkəkliyin-dişiliyin “bətnə tökülən nütfədən” asılı olması bildirilmişdir:

“Hər bir cütü erkək və dişi yaradan Odur - nütfədən (döl yatağına) axıb tökülərkən” (“Nəcm” surəsi, 53/45-46).

“Məgər o, tökülən bir qətrə nütfə deyildimi?!

onra laxtalanmış qan (ələq) oldu və (ALLAH) onu yaradıb surət verdi.

Sonra da ondan biri kişi, biri qadın olmaqla iki cüt yaratdı” (“Qiyamə” surəsi, 75/37-39).

Uşağın Cinsiyyəti Kimdən Aslıdır?

QURANda verilən bu məlumatın doğruluğu genetika və mikrobiologiya elmlərinin inkişafı ilə qəti şəkildə təsdiq edildi.

Cinsiyyətin tamamilə kişidən gələn sperma hüceyrələri tərəfindən müəyyən edildiyi, qadının isə bu işdə heç bir rolunun olmaması ortaya çıxdı. Cinsiyyəti müəyyən edən əsas amil xromosomlardır.

İnsanın quruluşunu müəyyən edən 46 xromosomdan ikisi cinsiyyət xromosomudur.

Bu iki xromosom kişidə XY, qadında isə XX kimi tanınır.

Bunun səbəbi bəhs edilən xromosomların bu hərflərə bənzəməsidir.

Y xromosomu özündə kişilik, X xromosomu isə qadınlıq genləri daşıyır.

Uşağın Cinsiyyəti Kimdən Aslıdır?

İnsanın əmələ gəlməsi kişidə və qadında cütlər halında yer alan bu xromosomların bir dənəsinin birləşməsi ilə başlayır.

Qadında yumurtalığın mayalanması zamanı iki yerə ayrılan hüceyrənin hər iki parçası da X xromosomunu daşıyır.

Kişidə ikiyə ayrılan hüceyrə isə X və Y xromosomlarını daşıyan iki fərqli sperma yaradır.

Qadındakı X xromosomu kişidəki X xromosomunu ehtiva edən sperma ilə birləşərsə, doğulan uşaq qız olur.

Əgər Y xromosomunu daşıyan sperma ilə birləşərsə, bu dəfə uşaq oğlan olur.

Uşağın Cinsiyyəti Kimdən Aslıdır?

Yəni doğulacaq uşağın cinsiyyəti kişidəki xromosomlardan hansının qadının yumurtası ilə birləşməsindən asılı olaraq müəyyən olunur.

Şübhəsiz ki, genetika elmi ortaya çıxanadək, yə'ni XX əsrə qədər bu məsələlərin heç biri insanlara təfərrüatı ilə məlum deyildi.

Bir çox ölkələrdə, bir çox xalqlar arasında hətta belə bir yanlış inanc geniş yayılmışdı ki, uşağın cinsiyyətini guya qadın müəyyən edir, yəni körpənin qız yaxud oğlan olması guya anadan asılıdır.

Qız uşağı doğan qadınların qınanması, onların bəzən incidilməsi və alçaldılması məhz bu yanlış təsəvvürlərdən irəli gəlirdi.
Halbuki QURANda insanlara genlərin kəşfindən hələ 14 əsr əvvəl bu batil inancı rədd edən bir məlumat verilmiş, cinsiyyətin mənşəyinin qadın deyil, kişidən gələn nütfə olduğu bildirilmişdir.

X xromosomu qız, Y xromosomu isə oğlan xüsusiyyətləri daşıyır.



Ana yumurtasında ancaq qız cinsiyyətini müəyyənləşdirən X xromosomu olur.

Atadan gələn spermada isə həm X, həm də Y xromosomu gəzdirən spermalar olur.

Dolayısı ilə uşağın cinsiyyəti ananın yumurtasını mayalandıran spermanın X və ya Y xromosomu gəzdirməsindən asılıdır.

Yəni ayədə bildirildiyi kimi, uşağın cinsiyyətini müəyyən edən səbəb atadan gələn spermadır.

QURANIN göndərildiyi əsrdə qəti olaraq bilinməyən bu məlumat QURANIN ALLAH sözü olduğunu sübut edən dəlillərdən biridir

Uşağın Cinsiyyəti Kimdən Aslıdır?

Uşağın Cinsiyyəti Kimdən Aslıdır?