www.nice.az > Maraqlı Məlumatlar > Özünə mənalı həyat seç
Özünə mənalı həyat seç1 dekabr 2010. Müəllif: Muslim_Girl |
![]() Çox hörmət elədiyim bir insan mənə demişdi: "Heç zaman heç kim deməyəcək ki, filankəsin filan qədər pulu var idi, Allah ona rəhmət eləsin... Deyən, deyəcək ki, filankəs gözəl insan idi, ALLAH RƏHMƏT ELƏSIN..." Michael Josephson-un yazısını oxuyanda, mənə təsir elədi və burada sizlərlə bölüşdürmək istədim. Buyuraq. İstəsən də, istəməsən də, bir gün hər şeyə son olacaq. Daha gün çıxmayacaq, dəqiqələr, saatlar, günlər olmayacaq. Nə ki, yığmısan, sevdiyin və unutduğun, hamısı kiməsə ötürüləcək. Sənin varlığın, məşhurluğun, işdəki qüvvən bir quruşa dəyməyən vacibliyə çevriləcək. Sənin hirslərin, acıqların, küskünlüklərin yoxa çıxacaq. O cümlədən də, sənin istəklərin, arzuların, planların... Bir gün çox vacib görünən uduşlar, uduzmaqlıq bitəcək. Haradan olduğun, harada yaşadığın mənasız olacaq. Fərqi olmayacaq, dərinin rəngi, cinsin nə olub və ya necə gözəl, yaxud agıllı olmusan. BƏS NƏ VACİB OLACAQ? SƏN NECƏ YADDAŞLARDA QALACAQSAN? Vacib OLMAYACAQ nə ALMISAN, vacib olacaq, NƏ QURMUSAN... Vacib olmayacaq NƏ ALMISAN, OLACAQ Kİ, NƏ VERMİSƏN... Vacib OLMAYACAQ nə öyrənmisən, vacib olacaq, NƏ ÖYRƏTMİSƏN... Sənin ağlın yox, KİMLİYİN vacib olacaq. Vacib OLMAYACAQ neçə insan tanıyırsan, vacib olacaq, NEÇƏ İNSAN SƏNİ İTİRMƏYİNİN VARINDA OLACAQ... Vacib OLMAYACAQ nə OLUB SƏNİN XATİRƏLƏRİN, vacib olacaq, İNSANLARIN SƏN HAQDA XATİRƏLƏRİ NECE OLACAQ... Vacib OLMAYACAQ nə qədər səni xatırlayacaqlar, vacib olacaq, KİM və NƏ ÜÇÜN... Mənalı həyat tərzi yaşamaq təsadüfən olmur. Və bu da şəratidən asılı deyil, SEÇİMDƏN asılıdır... Həyatda seçilən seçimlərdən... ÖZÜNƏ MƏNALI HƏYAT SEÇ... |