www.nice.az > Maraqlı Məlumatlar > Real həyatda baş vermiş hekayə

Real həyatda baş vermiş hekayə


17 may 2009. Müəllif: XP
Real həyatda baş vermiş hekayə


Ancaq o, dediklərində o qədər iddialı idi ki, bizə sübut edəcəyini dedi. Dərhal stolun üzərinə 4 fincan və 4 kart düzdü. Fincanlar ağ rəngdə, kartlar isə hamısı “7 qara ürək” idi. Onun bu cür cəld davranışları bizi biraz qorxutmağa başladı ancaq bizi ən çox bu işin axırı yəni onun pərt olmasını görmək maraqlandırırdı. Fincanları və kartları düzdükdən sonra bizə sol əlimizi kartın üzərinə qoymağmızı tələb etdi və qəribə sözlər və ifadələr işlətməyə başladı. Bir neçə dəqiqədən sonra otaqdakı şən atmosfer birdən-birə bizim tüklərimizi ürpədəcək qədər qorxulu olan bir vəziyyətə döndü. Ruh çağıracağını deyən dostumuzdan başqa hamımız çox qorxurduq. Mən əlimi kartdan çəkmək istədim amma əlim sanki yapışmışdı stolun üzərinə. Ruh çağıracağını deyən dostumuz səsini bir az da yüksəldi və 3-4 saniyə sonra stolun üzərindəki bütün fincanlar möhkəm yerə çırpıldı və hamısı param-parça oldu. Fincanlar sınan kimi əlimi tez çəkə bildim kartın üzərindən. Ancaq hamımız çox qorxmuşduq. Tez dostumuzla sağollaşıb evlərini tərk etdik. Evə getdim. Bütün gecəni yata bilmədim qorxumdan. Ancaq səhər açıldı və dərsə getdikdən sonra yavaş-yavaş baş verənlər də unuduldu. Ancaq əsas qorxulu hadisələr də bundan sonra başlandı. Evlərinə qonaq getdiyimiz dostum həmin hadisədən sonra evlərinin vanna otağında yuyunarkən ayağı sürüşdü və başının yerə dəyməsi ilə öldü. Dostumgilə mənimlə gedən digər dostum isə gördüyü qəribə yuxulardan sonra ciddi ruhi xəstəliyə tutularaq dəlixanaya aparıldı və orada intihar etdiyini eşitdim. Ruh çağıracağını deyən dostum isə hadisədən bir neçə gün sonra ortalıqdan yox oldu. Çox axtarılsa da izinə rast gəlmək mümkün olmadı. İndi sadəcə mən qalmışam. Sıranın məndə olduğunu bilirəm. Çox qorxuram. Ancaq digər 3 dostum həmin hadisə baş verəndən sonra 4-5 gün içərisində öldükləri halda mən hadisədən 14 gün keçməyinə baxmayaraq hələ də yaşayıram. Hər gün Allaha dualar edirəm. Və öz-özlüyümdə bir şeyi düşünürəm. “Həmin dostum ruh çağıran an çox qorxdum və həyatımda bəlkə də ilk dəfə bütün ürəyimlə, “Allahım məni bu dəhşətdən qoru, çox qorxuram” dedim.” Bəlkə də bu duanı təkcə mən etdiyimə görə mən hələ də həyatdayam...


Tərcümə etdi: XP



P.S. Bu xəbər təəssüf ki, WwW.NICE.Az saytında yerləşdirdiyim sonuncu xəbərdir. Uzun müddətə bu saytda ola bilməyəcəm... İnanıram ki, XP qayıdana kimi WwW.NICE.Az daha da təkmilləşər həm çox maraqlı xəbərləri ilə, həm də bir-birindən mehriban, səmimi istifadəçilər ilə... Sağ olun... recourse