www.nice.az > Maraqlı Məlumatlar > Nöqtələrin mənası...
Nöqtələrin mənası...3 iyul 2010. Müəllif: Birtanem |
![]() '...'nə məna daşıyar bilirsinizmi? Mənası o qədər dərindir ki kimsə bilməz ya da bilmək istəməz. Yalnız qələmlə buraxılan bir neçə dəyərsiz işarədir 1. Nöqtə Mənası gedənlərin arxasından baxmaqdır: Gedənlərin və geri gəlməyəcəyinizi sandığınız şeylərin. Dəyər verdiyiniz amma bu dəyəri heçə sayanların arxasından gözyaşı tökənlərin, özlərini izah etdiyi bir işarədir. Sevgidir, eşqdir; bəlkə də ən əhəmiyyətlisi xəyanətdir, güvəndiyiniz adamın sizi yarı yolda buraxmasıdır, ümidsizlikdir, səhərlərə qədər əzab çəkməkdir. Bir uşağın əlindən şəkərinin alınmasıdır. AĞLAMAQDIR. 2. Nöqtə Mənası gözləməkdir: Bir anda silib təyin etmədiyiniz, dəyər verdiyiniz şeyin geri gəlməsini gözləməkdir. Sizə bir gün dönəcəyini, əlbət bir gün istədiyiniz şeyi əldə edə biləcəyinizi düşünməkdir. Eslinde bildiyiniz şeyi bilməzlikdən gəlməkdir ÖZÜNÜZÜ ALDATMAQDIR. 3. Nöqtə Mənası ümidsizlikdir. Gözləyib özünüzü aldatdığınız günləri xatırlamaqdır. İçinə çəkdiyinizdə zəhərləndiyinizi bilərək bu ağrını yaşamaqdır. Bir anlıq zövq üçün bütün həyatımızı bir heç uğruna satmaqdır. Mənası EŞQ YALANDIR . Dəyərli fikirləriniz.. |