www.nice.az > Maraqlı Məlumatlar > Çox gülən qadınlar tez kökəlir

Çox gülən qadınlar tez kökəlir


30 iyun 2010. Müəllif: Ancelas
Çox gülən qadınlar tez kökəlir


Qadınlar gülərkən bundan sonra daha diqqətli olmalıdırlar.
Amerikalı alimlər müəyyənləşdiriblər ki, ürəkdən gülmək iştahanı artırır.
Fox.az xəbər verir ki, komediyalara və yumor olan verilişlərə baxmaq qızlarda daimi aclıq hissi yaradır.
Bu səbəbdən arıqlamaq və gözəl bədən fiqurası saxlamaq üçün pəhriz saxlayan qadınlara mütəxəssislər komediya seriallarına baxmamağı məsləhət görür. Həmçinin kimsə onların yanında lətifə danışanda dərhal həmin yeri tərk etməlidirlər.
Trillerlər və qorxulu filmlərə baxmaq isə qadınların iştahasını tamamilə küsdürür.
Kaliforniyadakı nevroloji mərkəzin ekspertləri tərəfindən aparılan araşdırmada 14 qadın iştirak edib.
Onlar DVD-də müxtəlif emosiyalı kinolentlərə baxıblar. İlk olaraq xanımlara sevimli komediyalarını nümayişləyiblər.
Daha sonra isə "Sıravi Rayanın xilas edilməsi" filmindən qanlı fraqmentlər göstərilib. Bu filmlərə baxmazdan əvvəl və sonra isə təcrübəyə qatılanların qan nümunələri g0türülüb.
Məlum olub ki, gülüş nəticəsində orqanizmdə leptinin səviyyəsi 15 faiz aşağı düşür. Bu maddə isə iştahanı öldürür. Bunun əksinə olaraq aclıq hormonu kimi bilinən qrelinin miqdarı isə 9 faiz artır. Qanlı və qorxulu filmlərin nümayişindən sonra isə xanımlardan heç biri yemək istəmir. Bu fakt bir daha sübut edir ki, kök insanlar yumşaqürəkli və şən olurlar. Arıq xanımlarda isə qəddarlıq hissləri güclüdür.
O da məlumdur ki, xanımlar şən gecələr zamanı qidaları nəzarət edilməyəcəyi səviyyədə qəbul edirlər və qəbul olunmuş qidalanma formasından kənara çıxırlar. Bunun əsas səbəbi isə şənlikdir.

Çox gülən qadınlar tez kökəlir