www.nice.az > Maraqlı Məlumatlar > Biri var imiş, biri yox imiş ...
Biri var imiş, biri yox imiş ...23 iyun 2010. Müəllif: GHoSTMaN |
|
Biri var imiş, biri yox imiş ... ![]() Uşaqlığımız və bu gün hər şey necə də fərqli görünür... Həyat əsaslarını təşkil edən anlayışlar necə də öz məna dəyərlərini dəyişir... ![]() Nağıllar.... O zaman Mifik və əlçatmaz...Bu gün Adi və uydurma...![]() Dünya.... O zaman Oyuncaqların sayəsində yaradılan...Bu gün “Oyuncaqâ€ların yoxluğu ilə var olan...![]() Ailə... O zaman “Evcik-evcik†kimi anladığımız xoşbəxtlik...Bu gün Evliliklərin çoxunun dada bilmədiyi xoşbəxtlik....![]() Canlılar .... O zaman Dəyişkən olduğunu bilmirdik...Bu gün Ölüm haqqdır deyirik....![]() Yaxınlarımız.... O zaman Dünyanın ancaq bu insanların ətrafında dolandığını düşünürdük...Bu gün Dünyanın onları bir-bir bizdən ayırdığına təəssüflənirik...![]() Həyat... O zaman Limitsiz xəyallar...Bu gün Xəyallara limitlər....![]() Xəyal... O zaman Reallaşan hədiyyələr....Bu gün Reallıqlara qorxunc zərbələr....![]() Yalan... O zaman sadəcə “Mən etməmişəm..†deyə qurtulduğumuz...Bu gün sadəcə “Dəhşət!!!Belə də insan olar?!..†düşünərək susduğumuz...![]() Xəyanət... O zaman Kimlərdənsə eşitdiyimiz amma mənasını dərk edə bilmədiyimiz..Bu gün Çoxundan gördüyümüz amma səbəbini qəbul edə bilmədiyimiz...![]() Və ən çox işlətdiyimiz, müxtəlif təriflər verdiyimiz,izahlarında geniş mübahisələr apardığımız ancaq heç vaxt özümüzə tətbiq etmədiyimiz bir anlayış.... ![]() Sevgi... Uşaqlıqda da, bu gün də yaşamağa həvəs verən, dünyaya mərhəmət yayan, insanlığa məna qatan amma hər zaman azlığından narazı qalıb ehtiyacını duyduğumuz bir hiss.... Bəs siz üçün nəyin mənası dəyişilib ??? Uşaqlıqdan indiyə qədər nələr dəyişilib həyatınızda ??? İtirdiyiniz və ya mənası dəyişilən nələr baş verib??? |